Qoç- Sizinlə
manipulyasiya etmək çox asandır. Siz xoşunuz gələn şeylərə o qədər tez
inanırsınız ki, bəziləri bundan istifadə etməyə bilmirlər. Hərdən
intuisiyanız sizə ehtiyatlı olmağı məsləhət görsə də, siz buna qulaq
asmağı lazım bilmirsiniz. Kommersiya fəaliyyətində uğursuzluq ehtimalı
çox böyükdür. Sövdələşmələrdən çəkinmək tövsiyə olunur.
Ətrafdakılarla münasibətlərdə problemlər mümkündür. Siz ifadələrinizdə
çox sərt, bəzən nəzakətsiz, demək olar ki, həmişə kobudsunuz. Bir qədər
yumşaq olun. Bu, incikliklərdən və digər problemlərdən yayınmaqda yardım
edəcək.
Buğa- Bu gün çox maraqlı olacağını vəd edir. Siz kənar
təsirlərə çox həssassınız, istənilən şəraitə uyğun əhval-ruhiyyəyə
ildırım sürətilə düşürsünüz. Bir çox Buğalar özlərində gözlənilməz
istedad və qabiliyyətlər aşkarlayacaqlar.
Lakin yaxınlarla münasibətlər baxımından o qədər də asan gün deyil.
Sizin başa düşməyəcək, tənqid edəcək, xətrinizə dəyəcəklər. Siz isə
bunun cavabında nəinki müdafiə olunacaq, əks-hücuma keçəcəksiniz.
Vaxtında dayanmağa çalışın. Yoxsa, özünüzü çıxılmaz vəziyyətə sala
bilərsiniz.
Əkizlər- Əqli əmək, maraqlı fəlsəfi mövzularda
düşüncələr üçün əlverişli gündür. Təhsildə və elmi tədqiqatlarda uğur
ehtimalı yüksəkdir. Ciddi ədəbiyyatın mütaliəsi, eləcə də,
dünyagörüşünün artırılmasına yardım edən digər məşğuliyyətlər tövsiyyə
olunur. Yeni tanışlıqlar qurmaq olar. Amma istisnasız olaraq ağıllı,
erudit, yaxşı təhsilli adamlarla.
Vacib xəbərlərin alınması mümkündür. Kübar və ictimai tədbirlərdə
iştirak mümkündür. Siz insanlarla asanlıqla dil tapacaq, ətrafdakıların
rəğbətini qazanacaqsınız.
Xərçəng- Vacib adamlarla görüş üçün münbit gündür. İş
adamları sərfəli sövdələşmələrə gedə bilərlər. Bu gün çətinlikləri
asanlıqla dəf edəcək, istənilən sınaqdan uğurla çıxacaqsınız. Yeni
nəyisə sınamaq və əvvəllər bacarmadığınız şeylər öyrənmək üçün yaxşı
gündür.
Günün ortasında əbəs xərclər mümkündür. Üstəlik, günün bu vaxtı hər şeyə
daha tez inanacaqsınız. Bədxahlarınız bundan istifadə edə bilərlər.
Şir- Bu gün daha çox romantik görüşlər üçün
münasibdir. Ulduzlar tənha Şirlərə sevgi macəraları vəd edirlər. Artıq
sevənlər isə münasibətlərə yeni və hər iki tərəf üçün xoş nəsə əlavə edə
bilərlər. Həyat potensialı yüksəkdir. Gün nə qədər zəngin olsa da,
axşam yorğunluq hiss etməyəcəksiniz.
Bununla belə, bu gün faydalı işlərlə məşğul olmaq alınmayacaq.
Bekarçılığa meyllilik çox güclü olacaq. Şirlər pulla asanlıqla
vidalaşırlar. Odur ki, əbəs xərclər ehtimalı yüksəkdir.
Qız- Əgər sağlam düşüncə ilə hərəkət etsəniz və
enerjinizi dinc məcraya yönəltsəniz, gün çox məhsuldar keçəcək. Ailə
üzvləri ilə mübahisələr mümkündür. Nədənsə ətrafdakıları öz
ideyalarınıza "yoluxdurmaq" o dəqiqə alınmır. Bəla burasındadır ki, siz
çox tez "qaynayır"sınız: soyuqqanlılığı qorumaq daha yaxşı olardı.
Ziddiyyət ruhu çox güclüdür. Bu, şəxsi həyatdakı hadisələrə təsir
edəcək. Bir çox Qızlar bu gün bilə-bilə ümidsiz münasibətlərə başlamağa
meyllidirlər.
Tərəzi- Gün uğursuz olacaq. Bunun əsas səbəblərindən
biri impulsivliyinizdir. Siz olduqca tez-tez, özü də vaxtsız şəkildə
emosiyalarınıza azadlıq verirsiniz, ətrafdakılarla münasibətlər göz
görə-görə korlanıb. Bürcün bir sıra nümayəndələri kəskin, ürək sındıran
ifadələr işlədir, sonra isə peşiman olurlar. Sizin bu davranışınız
ətrafdakıları çıxılmaz vəziyyətə salır.
Diqqəti hansısa faydalı işə yönəltmək çox çətindir. Bəzi Tərəzilər
düşünülməmiş addımlar atırlar. Məsələn, onlar bir qədər əvvəl üstündə
əsdikləri münasibətlərə son qoyurlar.
Əqrəb- Kifayət qədər uğursuz gündür. Təəssüf ki, buna
görə yalnız özünüzü günahlandıra bilərsiniz. Problem olmayan yerə onu
yaradan məhz sizsiniz. Özünüz həyatınızı çətinləşdirir, əməkdaşlıq
etməli olduğunuz adamlarla münasibətləri korlayırsınız. Buna görə sizə
yalnız bir şeydə haqq qazandırmaq olar: siz öz prinsipləriniz və həyata
baxışınıza uyğun hərəkət edirsiniz.
Bu günün yaxşı cəhəti yaxınınızla sizi çoxdandır narahat edən məsələ
barədə açıq danışmaq imkanıdır. Alacağınız cavablar sizi tamamilə qane
edəcək, hətta, sevindirəcək.
Oxatan- Əlverişsiz mərhələ davam edir. Mənfi
tendensiyaların təsirini yumşatmağın yolları barədə düşünməyin vaxtıdır.
Ulduzlar cari işlərdən daha qlobal məsələlərə keçməyi məsləhət
görürlər: planlar nə qədər möhtəşəm, hədəflər nə qə yüksək olsa, o qədər
yaxşıdır. Elə bir təklif almağınız mümkündür ki, onu qəbul etməklə
həyatanınız köklü şəkildə dəyişə bilər. Bu, bir çox Oxatanlar üçün
dalandan çıxış yolu olacaq.
İntuisiyanıza yox, sağlam düşüncəyə üstünlük verməyiniz tövsiyə olunur.
Əgər nəyisə məntiqlə izah edə bilmirsinizsə, suallar verin, özünüzdən
nəsə uydurmağa çalışmayın.
Oğlaq- Sövdələşmələr və kommersiya fəaliyyəti üçün
əlverişli gündür. Qadınlarla işləmək tövsiyə olunur: onlarla razılığa
gəlmək daha asandır. Gün istənlən irimiqyaslı layihələr, o cümlədən,
başqa yerə köçmək və ya tikinti üçün münasibdir.
İnadkarlıq nümayiş etdirməklə istədiyiniz hər şeyə nail ola bilərsiniz.
Bir çox Oğlaqları bu gün şəxsi xarakterli xoş sürprizlər gözləyir.
Bürcün bir sıra nümayəndələri evlənməyə qərar verəcəklər və buna görə
peşiman olmayacaqlar.
Dolça- Gün çox sakit keçəcək. Gözlənilməzliklər
planlarınızı pozmayacaq. Çoxdandır əliniz qalxmayan işlərlə məşğul ola
bilərsiniz. Dostların əhatəsində istirahət sevinc bəxş edəcək.
Yaxınlarınız ideyalarınızı bəyənəcəklər. Əgər təşəbbüs göstərsəniz,
dəstək qazanacaq.
Bu gün ictimai tədbirlər iştirak etmək, kübar qəbullarda parlamaq olar.
Yeni tanışlarınızın rəğbətini qazanmaqda çətinlik çəkməyəcəksiniz.
Balıqlar- Uğursuz gündür. Siz öz ambisiyalarınız və
xırda arzularınıza uyğun hərəkət edirsiniz. Bir çox Balıqlar sonradan
peşiman olacaqları hərəkətlərə yol verəcəklər. Sizin üçün şirnikdirici
şeylərə müqavimət göstərmək çətindir. Kələk gəlməyi və intriqa yaratmağı
bacaran adamlara isə sizi idarət etmək çox asandır.
Özünüzü qoruyun. Bu gün xəsarət və xəstəlik təhlükəsi var, xroniki
xəstəliklərin kəskinləşməsi mümkündür. Əsassız xərclərdən uzaq durun.
Tezliklə pul sizin üçün daha vacib və lazımlı şeylərə lazım olacaq.
Milli.Az