Bu gündən başlayaraq 3
gün ərzində Bakının Səbail rayonunun Neftçilər prospektində, limana
gedən dəmir yol xəttinin ləğvi ilə əlaqədar təmir-bərpa işləri
aparılacaq. XəzərXəbər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir
ki, bununla əlaqədar prospektdə hərəkət qismən məhdudlaşdırılacaq.
Sürücülərdən sözügedən ərazidə sıxlığın yaranmaması üçün öncədən hərəkət
istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə
olunur.
Yarana biləcək müvəqqəti narahatlığa görə, Agentlik
vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını
xahiş edir.