Xəzər Xəbər

Kolleclərə ixtisas seçimi başa çatır

Cəmiyyət | 10:13 • 3 Sentyabr 2018
Kolleclərə ixtisas seçimi başa çatır
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi başa çatır


Dövlət İmtahan Mərkəzindən XəzərXəbər-ə verilən məlumata görə, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəs¬sisələrinin boş qalan yerlərinə ixtisas seçimi bu gün saat 23:59-da başa çatır.


İxtisas seçmək hü¬ququ olan abitu¬ri¬yent orta ixtisas təhsili müəssisələ¬rinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-yə qədər ixtisas kodu¬nu seçib www.eservices.dim.gov.az/erizetex/ixtisas2 internet ünvanında yerləşən "Abituri¬yentin elektron ixtisas seçimi ərizəsi"ni doldurmalı və təsdiqləməlidir.

Boş qalan ixtisasların siyahısı "Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunub.
Qeyd olunan vaxta qədər elektron ərizəsini təsdiqləməyən abituriyent¬lər müsabiqəyə buraxılmayacaqlar.

Xəbər lenti