Xəzər Xəbər

Azərbaycanın ən yaşlı tələbəsi oxumaqdan imtina etdi

Cəmiyyət | 16:43 • 29 Avqust 2018
Azərbaycanın ən yaşlı tələbəsi oxumaqdan imtina etdi
2018/2019-cü tədris ili üzrə ən yaşlı tələbə adını qazanan Atakişi Ağayev oxumaqdan imtina edib.

Bu barədə AzVision.az-a A.Atakiyev özü məlumat verib. O, təhsil haqqını başqa şəxsin göz əməliyyətına verdiyini bildirib.


"Sənədlərimi və pulu götürüb Bakıya gəlmişdim. Qonşunun uşağı gözündən əməliyyat olunmalı idi. Onun əməliyyatı oktyabr ayına qaldı. Pulu isə nənəsinin əməliyyatı üçün istədilər, mən də verdim. Sənədlərimi götürüb Lənkərana qayıtdım. Burada İslam Kolleci açılıb, danışdım ödənişsiz təhsil almaq mümkündür. Elə burada da oxuyacağam”.


Qeyd edək ki, 14 aprel 1963-cü il təvəllüdlü Atakişi Ağayev 121 bal toplayaraq, qiyabi və ödənişli əsaslarla Bakı İslam Universitetinə Dinşunaslıq fakültəsinə qəbul olub. O, ilin ən yaşlı tələbəsi adını qazansa da, təhsilini davam etdirə bilməyib.

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
427 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024

Xəbər lenti