Xəzər Xəbər

I sinfə qəbul üçün 44 880 sorğu yerləşdirilib

Cəmiyyət | 12:11 • 28 Avqust 2018
I sinfə qəbul üçün 44 880 sorğu yerləşdirilib
Avqustun 28-inə (saat 10:30) olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 44 880 sorğu yerləşdirilib.


Bakı Şəhər Təhsil İdarəsindən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, onlardan 42 306-sı ümumi təhsil məktəblərini, 2 574-ü isə lisey və gimnaziyaları seçib.


Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 95 faizinə yaxındır.

Xəbər lenti