Xəzər Xəbər

Kirayəkeşin hansı hüquqları var? Ev axtaranda şərti şumda kəsin!

Cəmiyyət | 17:25 • 27 Avqust 2018
Kirayəkeşin hansı hüquqları var?

Dünyanın hər bir yerində kirayə ev axtaran insanlar şirkətlərə müraciət edirlər. Elə Azərbaycanda da belə şirkətlər var. Lakin, bəzi insanlar ev axtarkən tanımadıqları şəxslər vasitəsi ilə ev tapırlar. Bəzi hallarda bu axtarışın sonu heç də yaxşı nəticələnmir.

Ev sahibi və kirayəçi arasında söz-söhbətl yaranır, hətta bəzi hallarda kirayəçi gecə ilə əşyalarını yığıb, heç bir ödəniş etmədən evdən köçür. Ev sahibi və kirayəçi arasında bağlanmalı olan müqavilədən çox adam xəbərdar olsa da, buna əhəmiyyət verilmir. Sonda isə problemlər yarananda iki tərəf də haqqlarının nələr olduğunu bilmir.

Tanımadığınız şəxslər dələduz çıxa bilər

Bu sözləri AzNews.az-a açıqlamasında "Real Əmlak” şirkətinin Xətai rayon filialının rəhbəri Ələsgər Əsədov deyib: "Kirayə ev axtararkən bu işlə məşğul olan şirkətlərə müraciət etmək daha düzgündür. Biz kirayə verdiyimiz evə əvvəlcədən gedib içindəki əşyaları qeyd edirik ki, kirayəçi evdən çıxarkən də həmin əşyaları təhvil versin. Bir neçə ay öncə bir müştəri müracət etmişdi bizə. Bildirdi ki, bizdən əvvəl tanımadığı bir adama müraciət edib, ona evi göstərib hələ üstəlik evin 3 aylıq kirayə haqqını da alıb. Müştəri evdə yaşamağa başlayandan bir ay sonra evin əsl sahibi çıxıb ortaya. Daha sonra məlum olub ki, evi kirayəyə verən şəxsin elə özü o evdə kirayəçi imiş. Biz evi kirayə verəndə evin bütün sənədinə baxırıq, ev sahibinin şəxsiyyət vəsiqəsinə qədər istəyirik. Əks təqdirdə heç bir müştərimizi sənədini görmədiyimiz evdə yaşamağa göndərmirik. Ən əsası isə biz müqavilə bağlayırıq, müqavilədə iki tərəf də şərtlərini qeyd edilir və imzalanır. Bəzən ev sahibləri evin 3-4 aylıq kirayəsini əvvəlcədən alıb bir ayın tamamında kirayəçini evdən çıxarmaq istəyir. Belə olduğu halda ya kirayəçiyə digər məbləğ qaytarılır ya da məhkəməyə müraciət edilir”.

Məsələnin hüquqi tərəfini öyrənmək üçün hüquqşünas Zaman Səmədov ilə danışdıq. O bildirdi ki, ev sahibi və kirayəçi arasındaki müqavilənin şərtləri iki tərəfin razılığı ilə bəndləşdirilir və imzalanır. Əgər kirayəçi ev sahibinin müqavilədəki şərtləri ilə razılaşıb daha sonra əksini edirsə o zaman müqavilə şərti pozulmuş sayılır. Ev sahibi müəyyən səbəblərdən kirayəçini evdən çıxarmaq istəyirsə ona 1 ay əvvəldən xəbərdarlıq etməlidir ki, kirayəçi həm ev tapsın həm köçsün. Müqavilədəki şərtlərin hər birinə əməl olunursa kirayəçini müqavilə müddəti bitmədən evdən çıxarıla bilməz. Kirayəçi evi təmir edib və ya yaxşılaşması üçün nəsə əşya alıbsa getdiyi zaman bunu evdən apara bilər. Əgər özü ilə apara bilməyəcəyi təqdirdə isə ev sahibi onun pulunu ödəməlidir.

Xəbər lenti