Səyyar ASAN xidmət 1 –
30 avqust Astarada, 3 – 22 sentyabr Neftçalada, 3 – 17 sentyabr Ələt,
Şəmkir, Ceyranbatanda, 3 sentyabr – 2 oktyabr İmişli, Xaçmaz, Lənkəran,
Ağcabədi, İsmayıllıda, 3 – 27 sentyabr Qazaxda vətəndaşlara səyyar
formada xidmət göstərəcək.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən XəzərXəbər-ə verilən məlumata görə, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur. Bu xidmətlərə aşağıdakılar daxildir:
- Notariat fəaliyyəti;
- Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;
- Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;
- Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;
- Sürücülük vəsiqələrinin dəyişdirilməsi;
- Əmək pensiyalarının təyin edilməsi;
-
Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət
qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların
verilməsi;
- Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış
hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət
reyestrindən arayışların verilməsi;
- Fərdi yaşayış evləri üzərində
mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə
çıxarışların, texniki pasportların verilməsi.
Səyyar ASAN
xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin
vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi,
vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna
nail olunmasıdır.