Xəzər Xəbər

Bakıda məktəbli yarmarkaları fəaliyyətə başladı

Cəmiyyət | 12:42 • 27 Avqust 2018
Bakıda məktəbli yarmarkaları fəaliyyətə başladı

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) təşkil etdiyi məktəbli və ofis ləvazimatlarının topdan və pərakəndə satış yarmarkaları fəaliyyətə başlayıb.

BŞİH-nin Ticarət və Xidmət Departamentindən "Report”a verilən məlumata görə, yarmarka çadırları əsasən metro stansiyalarının qarşısında quraşdırılıb.

Bildirilib ki, "Bakı Metropoliteni"inin Nəriman Nərimanov stansiyasının fərqli giriş-çıxışlarında 5 yarmarka çadırı var. Paytaxtın 10-a yaxın rayonunun ərazisində, eləcə də "28 May”, "Memar Əcəmi”,"İnşaatçılar” və digər metro stansiyalarına yaxın ərazilərdə yarmarka çadırları fəaliyyət göstərir.

Yarmarka çadırlarında məktəbli üçün lazım olan bütün ləvazimatlar satılır.

Qeyd edək ki, yarmarka sentyabrın 25-nə kimi davam edəcək.

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
429 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024

Xəbər lenti