Xəzər Xəbər

Ermənilər abidələrimizin memarlıq quruluşunu dəyişdirirlər FOTO

Cəmiyyət | 11:58 • 27 Avqust 2018
Ermənilər abidələrimizin memarlıq quruluşunu dəyişdirirlər
XəzərXəbər modern.az-a istinadən AMEA Hüquq və İnsan Haqları İnstitunun əməkdaşıFaiq İsmayılovun yazısını təqdim edir:

Alban dövrünün ən mürəkkəb tikililəri isə bir qayda olaraq bazillikalar və monastırlar hesab olunurlar. Monastr və bazillikalar, kilsə və sovmələrdən fərqli olaraq iki, üç və hətta dördnefli əzəmətli tikinti quruluşuna malik olurlar. Bu abidələr kütləvi tədbirlər və dini ibadətlər üçün nəzərdə tutulurdu.

Bu abidələrin də tikinti üslubu və özünəməxsus xüsusiyyətləri Şərq xristianlığı memarlığından kəskin şəkildə fərqlənir. Hazırda ermənilər işğal etdikləri Azərbaycan ərazilərində bu tipli abidələrin hamısını erməni kilsələri kimi təqdim edirlər. Alban dövrünün bütün növdən olan tikililərini "erməni kilsəsi" adlandıran ermənilər, Dağlıq Qarabağda bütün alban dövrü abidələrin hamısının "erməni kilsələri" olduğunu iddia edirlər. Halbuki Sovet İmperiyası dövründə bə ərazidə cəmi bir erməni kilsəsi mövcud idi və bu kilsə burada yaşayan bütün ermənilərin ibadətlərini təmin edirdi.

Dağlıq Qarabağda öz fsunkar gözəlliyi ilə seçilən belə monastrlardan biri də keçmiş Ağdərə rayonunun ərazisindəki Xotavəng monastırıdır.

Qarabağın Vərəndə ərazisinin sonrakı adı Ağdərədir. Rayon 8 avqust 1930-cu ildə təşkil edilmişdir. 10 sentyabr 1939-cu ilədək Cerabert, 1991-ci ilə qədər Mardakert 1991-ci ildən sonra Ağdərə adlanıb. İnzibati mərkəzi Ağdərə şəhəri olub.

Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli Qərarına əsasən ləğv olunaraq Tərtər, Ağdam, Kəlbəcər rayonları arasında bölünmüşdür.

Bu ərazidə yerləşən Xudavəng monastır kompleksi ("Xotavəng monastırı" - farscadan tərcümədə "təpədə yerləşən" anlamı verir) - Kəlbəcərdən şərqdə, Ağdərə-Kəlbəcər magistral yolunun qırağındakı Bağlıpəyə kəndindən aşağı, Ağdərə tərəfdə, Kəlbəcər rayonunun 29 kilometrliyində yerləşən qədim alban monastr kompleksidir.

Monastr VI-VII əsrlərdə Alban knyazı tərəfindən tikilib. XV əsrlərdə bu abidə Alban knyazlığının dini məbədi olub. Sonralar məbəd bir neçə dəfə təmir edilib, əlavələr olunub və nəhayət, Alban hökmdarı Həsən Cəlal tərəfindən əsaslı bərpa edilib.

Məlumatlar göstərir ki, Həsən Cəlalın arvadı Minə Xatun burada dəfn olunub, anası Arzu Xatun və dövrün görkəmli ziyalısı Mxitar Qoş bu məbəddə olmuş və xatirə üçün nişan daşları qoymuşdur. Maraqlısı odur ki, üstü günbəz kimi tikilmiş bu binaların tikintisində ağac materialından istifadə olunmuşdur.

Binanın divarlarında yağlı boya ilə çəkilmiş çoxlu şəkillər və yazılar var idi. Ağdərədən və Basarkeçərdən gələn ermənilər həmin xaç və yazıların bir hissəsini balta ilə çaparaq məhv ediblər. Alban xaçlarının və rəsmlərin yerinə erməni xaçları qoyub, divarlara erməni rəsmləri çəkiblər.

Abidənin tikintisində istifadə olunmuş daşlar Tərtər çayının sahilindən gətirilmişdir. Faktiki olaraq ermənilər bu monastırında formasının dəyişdirilməsini həyata keçirirlər.

Kompleksin həyətində aparılan tikinti "abadlıq" işləri Monastrın əzəli görkəminə zərər vurur. Belə ki kompleksə daxil olan yardımçı binalar yenidən tikilərək müasirləşdirilir.

Monastrın giriş qapısının əzəli görkəmi belə olub.

Ermənilər işğal dövrü monastrın giriş qapısını sökərək əzəli görkəmindən məhrum ediblər.

Artıq Ermənistan Respublikasının rəhbərliyi Azərbaycanın işğal altında olan Xotavəng monastırının əsas binasının da divarlarının dəyişdirilməsinə başlanılıb.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti