Xəzər Xəbər

Birinin 15, digərinin 55 yaşı var İlin ən gənc və ən yaşlı tələbəsi

Cəmiyyət | 11:55 • 27 Avqust 2018
Birinin 15, digərinin 55 yaşı var
2018/2019-cu tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul olan tələbələrdən ən gəncinin 15, ən yaşlısının isə 55 yaşı var.

Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə məlumat verib.

Onun sözlərinə görə, 22 dekabr 2003-cü il təvəllüdlü Zöhrə Qurbanova Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə, 14 aprel 1963-cü il təvəllüdlü Atakişi Ağayev isə Bakı İslam İnstitutunun Dinşunaslıq ixtisasına qəbul olub.

Qeyd edək ki, ali təhsil müəssisələrinin müsabiqəsində 44772 abituriyent iştirak edib. Onlardan 39906 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 11963 nəfər dövlət sifarişi əsasında, 27943 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024

Xəbər lenti