Xəzər Xəbər

Dondurma artıq çəkidən əziyyət çəkənlərə ziyandır

Cəmiyyət | 11:02 • 27 Avqust 2018
Dondurma artıq çəkidən əziyyət çəkənlərə ziyandır

Bəzən dondurmanı obrazlı şəkildə "buz bağlamış xoşbəxtlik” adlandırırlar. Hər il onun yeni növləri hazırlansa da, vanil ətirli dondurma uzun müddətdir ki, öz liderliyini qoruyub saxlayır. Şokoladlı dondurma ikinci, çiyələkli dondurma isə üçüncü yeri tutur.

AZƏRTAC xəbər verir ki, tibb işçiləri təbii üsullarla hazırlanmış dondurmaları hər zaman müsbət qiymətləndirirlər. Qəribə səslənsə də, anginanın ilk mərhələsində məhz dondurma yemək məsləhət görülür. Hətta burun qanaxması zamanı bir-iki qaşıq dondurma udmaqla qanaxmanı dərhal kəsmək olar. Dondurma da qara şokolad kimi əhvali-ruhiyyənin yüksəlməsi və sakit yuxuya müsbət təsir göstərir.

Bununla belə mütəxəssislər dondurmanı hər kəsə tövsiyə etmirlər. Belə ki, 100 qram dondurmada 500 kalori var və bu da artıq çəkidən, şəkər xəstəliyindən əziyyət çəkənlərə ziyandır. Onun tez-tez və həddən artıq istifadəsi güclü başağrılarına səbəb olur. Dondurmanın həftədə yalnız iki-üç dəfə yeyilməsi məqbul hesab edilir.

Xəbər lenti