Xəzər Xəbər

Cocuq Mərcanlı məktəbində 100-dən çox şagird təhsil alacaq

Cəmiyyət | 10:52 • 27 Avqust 2018
Cocuq Mərcanlı məktəbində 100-dən çox şagird təhsil alacaq
Yeni tədris ilində Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd orta məktəbində 100-dən çox şagird təhsil alacaq.

Bu barədə Cocuq Mərcanlı kənd orta məktəbin direktoru Zamin Əziyev məlumat verib. Onun sözlərinə görə, yeni dərs ilində 7 şagird birinci sinifə gedəcək.


"Məktəbdə 50 şagird təhsil alırdı. İkinci köçdən sonra məktəbə sənədlərini təqdim edənlərlə birlikdə şagirdlərin sayı 90-a çatıb. Köç davam edir və 24 ailənin gəlişi gözlənilir. Həmin ailələrdən gələn uşaqlarla birlikdə şagirdlərin sayı 100-dən çox olacaq. Artıq Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən məktəbə 120 məktəbli forması verilib. Yeni tədris ilinə biz tam hazırıq”.

Xəbər lenti