Xəzər Xəbər

Sürücülərin diqqətinə Bu yolda hərəkət dayandırıldı

Cəmiyyət | 13:52 • 19 Avqust 2018
Sürücülərin diqqətinə

Dəmirçi-Lahıc avtomobil yolunda aparılan yenidənqurma işlərinin tam olaraq yekunlaşdırılmaması ilə əlaqədar olaraq 19-31 avqust 2018-ci il tarixlərində sözügedən avtomobil yolu ilə hərəkət tam olaraq məhdudlaşdırılıb.

XəzərXəbər-ə Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən verilən məlumata görə, sürücülərdən sözügedən yolun bağlı olması ilə əlaqədar olaraq alternativ yollardan istifadə etmələri xahiş olunur.

Yaranacaq müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

Xəbər lenti