Xəzər Xəbər

Əhvalınızı bir anda düzəldəcək 4 ADDIM

Cəmiyyət | 16:25 • 18 Avqust 2018
Əhvalınızı bir anda düzəldəcək 4 ADDIM
XəzərXəbər milli.az-a istinadən bildirir ki, həyat enerjinizin tamamilə tükəndiyini hiss etdiyiniz bəzi günlər var. Bir an əvvəl bitsin istədiyiniz, xəyal gücünüzün belə sizi tərk etdiyi, kimsəyə tab gətirə bilmədiyiniz o günlər... Bax, o günlərdə əhvalınızı müsbətə doğru dəyişdirmək üçün bu məsləhətlərə əməl edə bilərsiniz.

Daha çox musiqi

Əlbəttə ki, hər əhvala uyğun musiqi növü var, amma belə zamanlarda yüksək templə musiqi dinləmək lazımdır. Yüksələn nəbziniz və ürək döyüntünüz sizə lazımi enerjini verəcək. Hətta bir az da rəqs etsəniz, pis olmaz. Tamamilə əla fikirdir!

Enerji demişkən...

Pozitiv enerjiyə malik dostlar və söhbətlər də bu kritik günlərdə çox vacibdir. Gecə-gündüz enerjisi bitməyən o dostunuzla bir az çox vaxt keçirin. Əhvalınızın çox qısa zamanda dəyişəcəyinə söz veririk!

Kəşfiyyata çıxmaq

Etməli olduğunuz fotoaparatınızı götürüb küçələrə düşməkdir. Fərqli dünyaları kəşf edin. Bitkilərin, həşəratların şəkillərini çəkin. Ya da heç getmədiyiniz bir yerə gedib küçələrdən görüntülər lentə alın.

Yaxşı bir film

Sizi olduğunuz dünyadan qoparıb başqa bir dünyaya aparacaq bir şey daha var. Bir film salonu. İzləmək istədiyiniz filmi seçin və oturacağa əyləşin. Budur, əhvalınız yüksəlməyə başladı artıq!

Xəbər lenti