Xəzər Xəbər

Bakının bəzi yerlərində qaz olmayacaq

Cəmiyyət | 09:48 • 17 Avqust 2018
Bakının bəzi yerlərində qaz olmayacaq
Bu gün saat 10:00-dan etibarən təmir işləri başa çatanadək "Sulutəpə", "Alatava", "Səbail", "Lökbatan", "Xocasən" Qaz Paylayıcı Stansiyalarından, "Laçın qaçqınları" və "Elit Yatırım" ölçü qovşaqlarından qaz təchizatı dayandırılacaq.


"Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, qaz təchizatının dayandırılması "Qaz İxrac" İdarəsinin balansında olan diametri 720 mm-lik "Qaradağ-Digah" magistral qaz kəmərinin 19-cu km-də quraşdırılmış və yararsız vəziyyətə düşmüş sipərin dəyişdirilməsi, 25-27-ci km-lər arası dayaqlardan düşmüş hissəsinin qaldırılması və bir ədəd xamutun ləğv edilməsi ilə bağlıdır.


Zəruri təmir işləri ilə əlaqədar, Səbail rayonu Bayıl, Badamdar qəsəbələrinin, 20-ci sahə yaşayış massivinin, Zərifə Əliyeva, İstiqlaliyyət, R.Rza, Neftçilər prospektində, Yasamal rayonu Ə.Quliyev küçəsinin, Nəsimi rayonu Tbilisi prospekti və 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə, Nizami, H.Əliyev küçələrinin, eləcə də Binəqədi rayonu 6, 7, 8 və 9-cu mikrorayonlarının, Rəsulzadə, Xutor, Sulutəpə, Xocahəsən qəsəbələrinin, Motodrom ərazisinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən təmir işlərinin Yeni Yasamal yaşayış massivi Şərifzadə, Vasif Əliyev və Xıdır Mustafayev küçələrinin bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür. Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq.

"Azəriqaz" İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

Rubrikanın digər xəbərləri

Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
454 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024

Xəbər lenti