Ölkə ərazisində avqustun 15-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava
şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər
bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var.
Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 21-24°,
gündüz 25-28° isti olacağı ehtimalı var.
Abşeronun şimal çimərliklərində-Sumqayıt, Novxanı, Pirşağı, Nardaran,
Bilgəh və Zuğulbada mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun
hərarəti 23-24° isti olacaq. Cənub çimərliklərində-Türkan, Hövsan, Sahil
və Şıxda mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun hərarəti
24-25° isti təşkil edəcək. Sinoptiklərin tibbi-meteoroloji proqnozuna
görə, avqustun 15-də Abşeron yarımadasında komfort temperatur hava şəraiti meteohəssas insanlar üçün əlverişlidir.
Naxçıvan Muxtar Respublikasında hava
əsasən yağmursuz keçəcək. Lakin səhər bəzi yerlərdə şimşək çaxacağı,
qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, şimşək
çaxanda arabir güclənəcək. Havanın temperaturunun gecə 14-19°, gündüz
30-35° isti olacağı ehtimal edilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy
rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı
bildirilir. Yağıntının ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı
ehtimalı var. Axşam hava
əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir
sürətlənəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz 17-22° isti
olacağı proqnozlaşdırılır.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı
gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı
ehtimalı var. Gündüz yağış tədricən kəsiləcək. Qərb küləyi əsəcək,
ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə
17-22°, gündüz 25-30° isti olacağı bildirilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar
rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı
gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı
gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək.
Havanın temperaturu gecə 14-19°, gündüz 22-27° isti, dağlarda gecə
7-12°, gündüz 14-19° isti olacaq.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala
rayonlarının bəzi yerlərində şimşək çaxacaq, arabir yağış yağacaq.
Yağıntının ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var.
Gündüz qərb rayonlarından başlayaraq yağış tədricən kəsiləcək. Qərb
küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın
temperaturunun gecə 18-23°, gündüz 25-30° isti olacağı
proqnozlaşdırılır.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir.
Yağıntının ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var.
Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 21-24°, gündüz
25-29° isti, dağlarda gecə 11-16°, gündüz 19-24° isti olacağı
bildirilir.