Xəzər Xəbər

Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar edilib - FOTO

Cəmiyyət | 18:02 • 10 Avqust 2018
Qanunsuz yolla əldə edilmiş meşə materialı aşkar edilib -

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi və daşınması hallarının qarşısının alınması məqsədilə keçirilən reydlər davam etdirilir.


Xezerxeber.az xəbər verir ki, reyd zamanı İsmayıllı rayonu Qalacıq kəndi ərazisində fəaliyyət göstərən yeşik hazırlanan sexdə qanunsuz yolla əldə edilmiş 8,48 m3 həcmində fıstıq cinsli meşə materialı aşkar edilib.

Faktla bağlı sexin sahibi Elnur Seyidov barəsində akt tərtib olunub və ona meşə fonduna dəyən 1264,11 manat məbləğində ziyan tətbiq edilib.

Xəbər lenti