Xəzər Xəbər

Bakıda aldatma sxemi: Avtomobil ustası sirləri açıqlayır - FOTO

Cəmiyyət | 15:16 • 10 Avqust 2018
Bakıda aldatma sxemi:

Bakıda "Toyota” avtomobilinin sürücüsünün başına maraqlı hadisə gəlib.

Motordan səs gəlməsindən şikayətlənən şəxs paytaxtdakı avtoservislərdən birinə müraciət edib.

Diaqnostik yoxlamadan sonra sürücüyə avtomobilindəki çatışmazlıqlarla bağlı siyahı təqdim edilib. "Təmir”lə bağlı ona 3 600 manatlıq qəbz təqdim olunub. Sürücü ustanın "işinə” görə bu məbləği ödəməli olub. Ən təəccüblüsü isə, dələduz-usta motordakı səsin qarşısını ala bilməyib.

Göstərdiyimiz hadisə yeganə hal deyil.

Bununla əlaqədar Oxu.Az Bakıda avtomobilin təmirinin qiymətini artırmaq üçün dələduz-ustaların əl atdığı əsas üsulları öyrənib.

Hər gün Azərbaycanda yüzlərlə avtomobil diaqnostik baxış, təmirvə xidmət üçün avtoservislərə və rəsmi dilerlərə müraciət edir. Bundan yan keçmək mümkün deyil. Məlumdur ki, gəlir gələn yerdə həmişə dələduzlar olur.

Müxbirimizlə söhbətində avto-diaqnostika ilə məşğul olan Əli Cahangirov Bakıdakı bəzi avtoservislərdə sürücülərin aldadılma üsullarını açıqlayıb.

Onun sözlərinə görə, avtoservislərdə təqdim olunan qəbzdə olan məbləği yüksək göstərmək üçün ən asan vasitə müştəriyə lazımsız təmiri və ya işləri sırımaqdır.

Bu, necə baş verir?

"Misal üçün, siz hansısa problemlə bağlı texniki mərkəzə gəlirsiniz. Ancaq diaqnostik baxışdan sonra usta bildirir ki, sizin maşınınızda təmiri vacib olan bir neçə problem var.

Nəticədə, texniki mərkəzə gedəndə təsəvvür belə etmədiyiniz problemlərin təmirinə razı olursunuz. Əlbəttə, elə ustalar var ki, onlar aldatmır və əlavə işlər görmür. Ancaq, təəssüf ki, bir çox hallarda hər şey əksinə baş verir.

Nəticədə, lazımsız işlərə görə əlavə pul ödəməli olursunuz, müraciət səbəbiniz olanproblem isə həll olunmamış qalır”, - usta deyib.

Risk kateqoriyası – "bahalı avtomobillər”

Çox vaxt bu cür problemlər bahalı avtomobil idarə edənlərin başına gəlir.

Bu avtomobil sahiblərinə əyləc sistemində problemlə bağlı "gözəl” əhvalat uydururlar və sonda bunun düzəldilməsini məsləhət görürlər.

Və ya əksinə, sizə benzin-nasosun sıradan çıxdığını və dəyişilməyə ehtiyac olduğunu deyə bilərlər. Həm də filtr və kəmərlərin dəyişdirilməsini"məsləhət” görə bilərlər.

Sonda bir məsləhət

Müsahibimiz məsləhət görür: əgər servisdə sizə hansısa detalların dəyişilməsinin vacibliyi bildirilsə, dərhal razılaşmayın və düşünün.

Əgər ustanın və ya avtoservis işçisinin vicdanlı olmasından şübhələnirsinizsə, başqa avtoservisə müraciət edin və nəticələri müqayisə edin. Bununla siz aldadılmağınızın və əlavə pul ödəməyinizin qarşısını ala bilərsiniz.

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti