Sabah Bakıda və
Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir
tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın
bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Güclü
şimal-qərb küləyi axşama doğru mülayimləşəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 20-22, gündüz 23-26, Bakıda gecə 20-22, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir.
Atmosfer
təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi
rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.
Abşeron çimərliklərində avqustun 11-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran,
Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 23-24, cənub çimərliklərində
(Türkan, Hövsan, Sahil, Şıx) isə 24-25 dərəcə isti təşkil edəcək. Güclü
şimal-qərb küləyi əsəcək. Bununla əlaqədar çimərliklərdə əlverişsiz hava şəraiti müşahidə olacaq.
Azərbaycanın
rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı
gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli
intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda yağış tədricən
kəsiləcək. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 19-24, gündüz 25-30, dağlarda gecə 10-15, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.