Xəzər Xəbər

Çaylarda sululuq səviyyəsi dəyişib

Cəmiyyət | 10:13 • 5 Avqust 2018
Çaylarda sululuq səviyyəsi dəyişib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə iyul ayında növbəti monitorinq həyata keçirib.


Nazirlikdən monitorinqlə bağlı xezerxeber.az-a verilən məlumata görə, iyul ayının III ongünlüyündə Kür çayında suyun sərfi iyul ayının II ongünlüyünə nisbətən 6 m3/san azalaraq 115 m3/san təşkil edib.


Monitorinqin nəticələrinə əsasən çirklənməyə məruz qalan Kür çayı və onun qollarında suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenolların YVQH-dən bir neçə dəfə artıq olması müşahidə edilib. Suyun tərkibindəki biogen maddələr Kür çayı Şıxlı-2 məntəqəsində normanı keçib. Bu çaylarda çirklənməyə səbəb Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri olub.


Belə ki, iyul ayının III ongünlüyündə Şıxlı-2 məntəqəsində, Ağstafaçayda, Ağstafaçay su anbarında, Araz çayı üzrə Horadizdə, Bəhramtəpədə və I Şahsevəndə aparılan monitorinqlərin nəticələrinə görə fenollar 2 dəfə YVQH-ni keçib.


Suyun oksigen rejimi bütün məntəqələrdə 5,70–7.66 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti