Xəzər Xəbər

Alimlər xərçəng xəstəliyini 90 faiz dəqiqliklə diaqnozlaşdırmağı öyrəniblər

Cəmiyyət | 09:26 • 4 Avqust 2018
Alimlər xərçəng xəstəliyini 90 faiz dəqiqliklə diaqnozlaşdırmağı öyrəniblər

Rusiya Elmlər Akademiyasının Uzaq Şərq bölməsinin "Arktika” Elmi Mərkəzinin ekspertləri əmindirlər ki, baş beyinin ritmik fəaliyyətinin innovativ qeydiyyat cihazı Rusiyada onkoloji xəstəliklərdən ölüm hallarını azaltmağa imkan verəcək.


AZƏRTAC "vistanews” saytına istinadla xəbər verir ki, unikal qeydiyyat cihazı iki ədəd hazırlanıb. Onların birindən Vladivostok alimləri, digərindən isə Maqadan mütəxəssisləri istifadə edirlər. Baş beyinin ritmik fəaliyyətini müşahidə edən həkimlər insan bədənindəki hər hansı orqanın xərçəngə tutulmasını 90 faiz dəqiqliklə diaqnozlaşdıra bilirlər. Mərkəzin alimləri bildiriblər ki, gələcəkdə bu cihaz onkoloqlarla yanaşı, ginekoloq, endokrinoloq, kardioloq, oftalmoloq və qastroenteroloqların da işini asanlaşdıracaq.


Alimlərin fikrincə, tibb elmində xərçəngin diaqnostikası sahəsində bu cihaz qədər dəqiq vasitə olmayıb. Bu səbəbdən beynəlxalq ekspertlər, xüsusilə çinlilər Maqadan mütəxəssislərinin ixtirası ilə maraqlanırlar.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
520 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti