Xəzər Xəbər

"Bu karxanalarda vəziyyət acınacaqlıdır" - Nazirlik karxana sahiblərinə xəbərdarlıq etdi

Cəmiyyət | 12:04 • 3 Avqust 2018
"Bu karxanalarda vəziyyət acınacaqlıdır" -

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qaradağ rayonu ərazisində fəaliyyət göstərən Qaradağ Səhmdar Cəmiyyətinə məxsus 11 daş karxanasında atmosfer havasında olan toz miqdarını müəyyən etmək məqsədilə monitorinqlər keçirib.


Bunu mətbuat konfransında ETSN-in Ətraf mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Anar Tağıyev deyib.


Onun sözlərinə görə, monitorinqin nəticələrinə əsasən həmin ərazilərdə fəaliyyət göstərən bəzi karxanalarda tozun miqdarı 10-15, bəzilərində isə 25-30 dəfə normadan artıq müəyyən edilib: "Bu karxanalarda vəziyyət acınacaqlıdır. Dəzgahlar olduqca köhnədir. Orada işləyən fəhlələr qoruyucu nəfəsliklərdən istifadə etmirlər. Bununla bağlı həmin karxana sahiblərinə xəbərdarlıq edildi. Əks təqdirdə, onlar barədə qanunvericiliyə uyğun tədbir görüləcək". (Trend)

Xəbər lenti