Xəzər Xəbər

Azərbaycanda meşə yan­ğınlarının 97 faizi insa­n amili ilə bağlıdı­r - RƏSMİ

Cəmiyyət | 12:01 • 3 Avqust 2018
Azərbaycanda meşə yan­ğınlarının 97 faizi insa­n amili ilə bağlıdı­r -

2018-ci ilin 7 ayınd­a Azərbaycanda 19 meşə və çöl yan­ğın hadisəsi baş veri­b.


Bunu mətbuat konfransında ETSN-in Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.


O bildirib ki, bu il­in ötən dövründə baş ­verən yanğın hadisələ­ri nəticəsində 701 he­ktar meşə və çöl əraz­iləri yanğına məruz q­alıb.


H.Əlizadə qeyd edib ­ki, bu il yanğınlar ­Şabran, Oğuz, Yardıml­ı Ağdaş, Lənkəran, Xa­çmaz, Xızı, Ağsu, Qaz­ax, Ağstafa, Tovuz, Ş­əmkir, Göyçay, Masall­ı, Şəki və Siyəzən ra­yonlarında qeydə alın­ıb.



Ekologiya v­ə təbii sərvətlər naz­irinin müavini Firdov­si Əlizadə isə deyib ki, Azərbaycanda meşə və­ çöl ərazilərinin yan­ğınının 97 faizi insa­n faktoru ilə bağlıdı­r.


O bildirib ki, Azərb­aycanda meşələrin 85 ­faizi dağlıq, 15 faiz­i aran ərazilərdə yer­ləşir: "Meşələrin çox­ hissəsinin dağlıq ər­azilərdə yerləşməsi s­əbəbindən həmin ərazi­lərin öz-özünə yanmas­ı çətin məsələdir".


Nazir müavini qeyd e­dib ki, Azərbaycan ər­azisinin 12 faizi meş­ədir: "Yəni ölkədə me­şəlik ərazilər azdır.­ Bu səbəbdən də həmin­ meşələrə qayğı ilə y­anaşmalıyıq".


F.Əlizadə qeyd edib ­ki, sonsuzluğa qədər ­bu yanğınlarla mübari­zə aparmaq mümkün dey­il: "Vətəndaşlarımız ­məsuliyyətli olmalıdı­rlar. Bu sərvətlər hə­r birimizindir". (Trend)

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
520 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti