Xəzər Xəbər

Atmosferi korlayan avtomobil sahiblərinə qarşı tədbirlər görüləcək - XƏBƏRDARLIQ

Cəmiyyət | 12:40 • 2 Avqust 2018
Atmosferi korlayan avtomobil sahiblərinə qarşı tədbirlər görüləcək -

Daxili İşlər, Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin birgə təsdiq etdiyi "Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi sahəsində nəzarətin gücləndirilməsinə dair 2018-2020-ci illər üçün Tədbirlər Planı”nın icrasına start verilir.


Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov Trend-ə bildirib ki, 11 bənddən ibarət plana əsasən, avqust ayının 1-dən etibarən ölkə ərazisində ənənəvi olaraq "Təmiz Hava” aylığı keçirilir.


V.Əsədov qeyd edib ki, bu müddət ərzində avtomobil mühərriklərindən işlək vəziyyətdə ətraf mühitə atılan zərərli maddələrin qarşısının alınmasında qanunvericiliyin tələblərinə uyğun fəaliyyət gücləndiriləcək, atmosferə atılan zərərli tullantıların normadan artıq olduğu avtomobillər aşkarlanaraq müvafiq tədbirlər görüləcək:


"Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı”nın icrası və eyni zamanda respublikada mütəmadi həyata keçirilən ekoloji tədbirlərə uyğun olaraq Bakı şəhərində yerləşən avtomobil təsərrüfatlarında və xətdə "Təmiz Hava” aylığı çərçivəsində müvafiq rayon dövlət yol polis şöbələri və Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları ilə birgə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Bakı şəhərində yük və avtobus tipli avtotəsərrüfatı olan idarə və müəssisələrdə də birgə tədbirlərin keçirilməsi nəzərdə tutulub”.


V.Əsədov hər kəsi "Təmiz hava” aylığında iştirak etməyə çağırıb.

Rubrikanın digər xəbərləri

Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
386 | 12:52 • 23 Aprel 2024
Sosial yardımların ödəniləcəyi tarix
Sosial yardımların ödəniləcəyi tarix AÇIQLANDI
11:11 • 23 Aprel 2024
Bəzi bölgələrə yağış
Bəzi bölgələrə yağış FAKTİKİ HAVA
09:20 • 23 Aprel 2024
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI
Bakıda küləyin sürəti 24 m/s-dək ARTDI FAKTİKİ HAVA
15:05 • 22 Aprel 2024

Xəbər lenti