Xəzər Xəbər

Ağacları zədələdi, 800 manat cərimələndi

Cəmiyyət | 16:28 • 1 Avqust 2018
Ağacları zədələdi, 800 manat cərimələndi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 1987 ünvanında ağacların zədələnməsi və dibinə mənşəyi məlum olmayan maddə tökülməsi ilə bağlı daxil olan şikayət Bakı şəhər Ekologiya və Təbii Sərvətlər və Ətraf Mühit üzrə Milli Monitorinq Departamentlərinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirlikdən xezerxeber.az-a bildirilib ki, sözügedən ünvana keçirilən baxış zamanı çəpərlənmiş yaşıllıq ərazidə 4 ədəd ağacın zədələndiyi məlum olub. Analiz aparılması üçün ağacların dibindən nümunələr götürülüb. Analizin nəticələri 2 gün ərzində məlum olacaq və nəticələrə uyğun olaraq qanunamüvafiq tədbirlər görülücək.

Ağacları zədələdiyinə görə yaşıllıq ərazinin sahibi Tofiq Balayev barəsində akt və protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən fiziki şəxs qismində 800 manat məbləğində cərimə olunub. Sözügedən ağaclara profilaktik xidmət göstərilməsi, qorunub mühafizə olunması məqsədilə T.Balayevə icrası məcburi olan "məcburi göstəriş” verilib.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti