Xəzər Xəbər

48 min 391 nəfər birdəfəlik müavinətlə təmin olunub

Cəmiyyət | 17:29 • 30 İyul 2018
48 min 391 nəfər birdəfəlik müavinətlə təmin olunub

İyulun 1-dək olan məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 409 min 284 nəfəri aylıq sosial müavinətlə təmin edib.


Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onların sırasına əlilliyə, yaşa, ailə başçısını itirməyə görə aylıq sosial müavinət alanlar, sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar, müharibə veteranları, beşdən çox uşağı olan qadınlar, müharibə əlilləri və şəhid ailələrinin, I və II qrup Çernobıl əlillərinin, müddətli hərbi xidmət qulluqçularının uşaqları, ünvanlı dövlət sosial yardımı ilə təmin edilən aztəminatlı ailələrdəki bir yaşadək uşaqlar və qanunvericilikdə nəzərdə tutulan digər şəxslər daxildir.


Cari ilin 6 ayı ərzində nazirlik tərəfindən birdəfəlik müavinətlə təmin olunanların sayı isə 48 min 391 nəfər təşkil edib. Birdəfəlik müavinətlər uşağın doğulmasına görə ailələrə, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə ödənilir. Dəfn xərci olaraq da birdəfəlik müavinət verilir. Eləcə də radiasiya qəzası nəticəsində zərər çəkərək əlil olmuş insanlara hər il birdəfəlik müavinət ödənilir.

Xəbər lenti