Xəzər Xəbər

Qəbul imtahanında 700 bal toplayan 29 nəfər kimdir? - TAM SİYAHI

Cəmiyyət | 16:45 • 30 İyul 2018
Qəbul imtahanında 700 bal toplayan 29 nəfər kimdir? -

Dövlət İmtahan Mərkəzi (DİM) ali məktəblərə keçirilən builki qəbul imtahanlarını yekunlaşdırdı. iyulun 26-da II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imyahanlarının da nəticələri elan olundu.

Məlum oldu ki, sonuncu qəbul imtahanlarında 4 nəfər ( II ixtisas qrupu üzrə 1 abituriyent, III ixtisas qrupu üzrə isə 3 abituriyent) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.

Builki yaz və yay qəbul imtahanlarında 700 bal toplayan abituriyentlərin ümumi sayı 29 nəfərdir.


Modern.az-ın məlumatına görə, AzEdu.azhəmin abituriyentlərin tam siyahısını hazırlayıb:

Yaz qəbul imtahanlarında

I ixtisas qrupu üzrə


1. İsmayıllı şəhər 6saylı orta məktəbin məzunu Vasif Əsədov;

2. Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyinin məzunu Əsra Bayramova.

II ixtisas qrupu üzrə

1. Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziyanın məzunu Cahan Haşımzadə;

2. Xaçmaz şəhər Zərifə Əliyeva adına 8 saylı liseyin məzunu Jalə Rəcəbova.

III ixtisas qrupu üzrə

1. Bakı şəhər Texniki-Humanitar liseyinin məzunu Zeynəb Quluzadə;

2. 45 nömrəli məktəbin məzunu Elvin Kərimli;

3. Suraxanı rayonu 89 saylı məktəbin məzunu Şahxanım Həsənova;

4. Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunu Xəyyam Sultanlı;

5. 214 nömrəli tam orta məktəbin məzunu Leyli Əhmədova.

IV ixtisas qrupu üzrə:

1. Fiziki, Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin məzunu Rəna Əliyeva.

Yay qəbul imtahanlarında

I ixtisas qrupu üzrə:

1. Bakı şəhəri 297 saylı məktəbin məzunu Anar Abıyev;

2. Bakı şəhəri, 109 saylı məktəbin məzunu Azər Zeynallı;

3. Bakı şəhəri 169 saylı məktəbin məzunu Aslan Aşırov;

4. Bakı şəhəri, 58 saylı məktəbin məzunu Sona Mehdizadə;

5. Göyçay rayon, Ləkçılpaq kənd 1 saylı orta məktəbin məzunu Şəkər Qədirli

6. Goranboy rayonu, Safıkürd kənd orta məktəbin məzunu Kənan Məhəmmədli;

7. Abşeron rayon, Xırdalan şəhər 9 saylı məktəbin məzunu Elgün Zamanlı;

8. Bakı Türk liseyi (Türkiyə Diyanət Vəqfi) məzunu Tapdıq Məhərrəmli;

9. "Elitar” Gimnaziyanın məzunu İlqar Məmmədov;

10. Abşeron rayon, Ceyranbatan qəsəbə 1 saylı orta məktəbin məzunu Rüstəm Qarayev;

11. Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunu Xəyal Fərzəliyev.

II ixtisas qrupu üzrə

1. Lənkəran rayonu, Balıqçılar qəsəbə orta məktəbinin məzunu Rəmzi Abıyev.

III ixtisas qrupu üzrə

1. Gəncə şəhəri, 27 saylı riyaziyyat-informatika təmayüllü liseyin məzunu Selcan Məmmədli;

2. Ağcabədi rayonu, Qaravəlli kənd orta məktəbin məzunu Əzim Əzizli;

3. Şəki şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseyin məzunu Nərmin İsmayılova.

IV ixtisas qrupu üzrə

1. Bakı şəhəri, 29 saylı orta məktəbin məzunu- Nərmin Balakişiyeva;

2. Bakı şəhəri, 192 saylı məktəbin məzunu Anar Kərimxanov;

3. Bakı şəhəri, 6 saylı məktəbin məzunu Nərmin Əhədova;

4. Lənkəran rayon, 4 saylı Humanitar Təmayüllü Məktəb-liseyin məzunu Fəyyaz Aslanlı.

Xəbər lenti