Xəzər Xəbər

Azərbaycanda 74 əcnəbi saxlanılıb - FOTO

Cəmiyyət | 12:24 • 30 İyul 2018
Azərbaycanda 74 əcnəbi saxlanılıb -

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən iyulun 25-dən 28-nə kimi qa­nun­suz miqrasiyaya qarşı keçirilmiş təd­bir­lər za­ma­nı 22-si Gürcüstan, 13-ü Pa­kis­tan, 12-si Rusiya, 10-u Türkiyə, 6-sı Banqladeş, 6-sı İraq, 1-i Türkmənistan, 1-i Misir, 1-i İran, 1-i Hindistan və 1-i Moldova və­tən­da­şı ol­maq­la ümu­­mi­likdə 74 əc­nə­bi sax­­­la­nıl­ıb.

DMX-in mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, saxlanılmış 5 nəfər Gürcüstan və 1 nəfər İran vətəndaşının qeydiyyat ünvanı üzrə yaşamadıqları, 3 nəfər Türkiyə vətəndaşının Azərbaycan Res­pub­li­ka­­sı­nın ərazisində gəlişinin bəyan edilmiş məqsədini pozduqları, digər 65 nəfərin isə ölkədə qanunsuz yaşadıqları müəyyən edilib.

Saxlanılmış əcnəbilərdən 57 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin ölkəmizin hü­dud­la­rından kə­na­ra çıxarılması istiqa­mətində müvafiq tədbirlər görülür.

DMX tə­rə­fin­­dən qanunsuz miqrasiyaya qarşı mü­ba­­ri­zə çər­çi­və­­sində tədbirlər da­vam etdirilir.

Xəbər lenti