Xəzər Xəbər

Baş Dövlət Yol Polisi İdarəsi çirkli maşın sürən sürücülərə müraciət etdi

Cəmiyyət | 12:24 • 19 İyul 2018
Baş Dövlət Yol Polisi İdarəsi çirkli maşın sürən sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.


İdarədən xezerxeber.az-a daxil olan müraciətdə qeyd olunur ki, son günlər Bakı şəhərində və respublikanın avtomobil yollarında zahiri görünüşü təmiz olmayan, səliqəsiz, dövlət qeydiyyat nişanları görünməyən nəqliyyat vasitələrinin hərəkət etməsi hallarına rast gəlinir.

Belə avtomobillərin turizm mərkəzinə çevrilmiş paytaxtımızın ümumi estetik görünüşünə xələl gətirməsini, eləcə də qeyd olunan halların qanunvericiliklə inzibati məsuliyyətə səbəb olmasını nəzərə alaraq, Baş DYP İdarəsi nəqliyyat vasitələri sürücülərindən xahiş edir ki, avtomobillərin zahiri görünüşünün, eləcə də hərəkətə başlamazdan əvvəl və yolboyu nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının oxunması üçün onların təmiz saxlanılmasını təmin etsinlər.

"Müraciətə düşünülmüş şəkildə yanaşan hər bir vətənpərvər sürücüyə əvvəlcədən təşəkkürümüzü bildirir, bütün hərəkət iştirakçılarına yollarda yüksək mədəniyyət nümayiş etdirmək tövsiyəsi ilə təhlükəsiz yol arzulayırıq”, - deyə müraciətdə bildirilir.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti