Xəzər Xəbər

Sosial yardımın alınması proseduru sadələşdirilir

Cəmiyyət | 12:46 • 18 İyul 2018
Sosial yardımın alınması proseduru sadələşdirilir

Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi və şəffaflaşdırılması işləri çərçivəsində sosial yardımın alınması üçün aztəminatlı ailələr tərəfindən elektron qaydada müraciət proseduru sadələşdiriləcək.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, bu il aprelin 30-da yaradılmış müvafiq İşçi Qrupu tərəfindən bu istiqamətdə işlər aparılmaqla, aztəminatlı ailələrin sosial yardım proqramına daha rahat və asan müraciət imkanlarına şərait yaradılması əsas hədəflərdən biri kimi nəzərdə tutulub.


İlkin mərhələdə, sosial yardımın alınması üçün elektron qaydada müraciət zamanı "Ərizə-bəyannamə”nin doldurulması üçün tələb olunan məlumatların sayının azaldılmaqla sadələşdirilməsi təmin ediləcək. Belə ki, tələb olunan məlumatların bir hissəsi (məsələn, ailənin gəlirləri tərkibinə daxil olan pensiya və müavinətlər barədə məlumatlar) aidiyyəti elektron informasiya bazalarından əldə olunacaq.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə bütün benefisiarlar haqqında məlumatların vahid elektron bazada toplanmasını nəzərdə tutan "Sosial Reyestr”in hazırlanması isə e-müraciətin daha da sadələşdirilməsinə imkan yaradacaq. Layihə işə salındıqdan sonra ünvanlı dövlət sosial yardımın alınması üçün elektron müraciət zamanı hər hansı "Ərizə-bəyannamə”nin doldurulmasına ümumiyyətlə ehtiyac qalmayacaq. Ailəni təmsil edən şəxs yalnız FİN nömrəsini daxil etdikdə, həmin ailənin sosial yardım almaq hüquqlarına baxılması üçün tələb olunan bütün zəruri məlumatlar "Sosial Reyestr”dən götürüləcək və yardım təyin olunub-olunmamasına dair avtomatlaşdırılılmış mühitdə qərar qəbul ediləcək.

Rubrikanın digər xəbərləri

Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024
Azərbaycanın ilk ombudsmanı
Azərbaycanın ilk ombudsmanı VƏFAT EDİB
14:10 • 25 Aprel 2024
Bu istiqamətdə əlavə qatar reysləri
Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi
10:20 • 25 Aprel 2024
Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024

Xəbər lenti