Xəzər Xəbər

Bu dərmanlar məhv edilir - Xərçəng yaradır - VİDEO

Cəmiyyət | 16:45 • 17 İyul 2018
Bu dərmanlar məhv edilir -

Tailandın Qida məhsullarına və dərmanlara nəzarət idarəsi hipertoniya xəstəliyinin müalicəsində istifadə olunan 5 növ dərman vasitəsini ölkə apteklərindən və xəstəxanalarından yığışdırmağa qərar verib.

Trend-in məlumatına görə, bu dərmanların yerli şirkətlər tərəfindən istehsal olunduğu, əsas inqrediyentinin Çindən gətirildiyi və tərkibində onkoloji xəstəliklərə səbəb olan maddələrin aşkar edildiyi bildirilir.

İdarə son vaxtlarda bu dərmanlardan istifadə edən pasiyentlərdən xahiş edir ki, təcili olaraq həmin dərmanları aldıqları aptek və xəstəxanalara qaytarsınlar: "Bu dərmanlar məhv edilməlidir".

Geri çağırılan dərmanlar Tailandın "Silom Medical" firması tərəfindən istehsal olunan qan təzyiqinə nəzarət üçün qəbul edilən "Valatan 80", "Valatan 160", həmçinin "Unison Laboritories"in istehsal etdiyi "Valsarin 80", "Valsarin 160" və "Valsarin 320"-dir.


Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
512 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti