Xəzər Xəbər

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi davam edir

Cəmiyyət | 13:24 • 17 İyul 2018
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi davam edir

Ümumtəhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi davam edir.


Təhsil Nazirliyindən xezerxeber.az-a bildiriblər ki, iyulun 16-da keçirilən imtahanda ibtidai sinif üzrə 3195 nəfər iştirak edib. İyulun 17-də isə imtahanda 3520 namizədin iştirakı gözlənilir.


İmtahanlar Azərbaycan Texniki Universitetinin İdman Kompleksində keçirilir. Namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib.


Qeyd edək ki, ibtidai sinif üzrə iyulun 19-dək, ingilis dili üzrə iyulun 19-dan 20-dək, alman dili üzrə iyulun 20-də, riyaziyyat üzrə iyulun 23-dən 24-dək, informatika və təsviri incəsənət üzrə iyulun 24-də, Azərbaycan dili və ədəbiyyat üzrə iyulun 25-dən 26-dək, rus dili, rus dili və ədəbiyyatı, Azərbaycan dili, fransız dili və musiqi üzrə iyulun 26-da, tarix və kimya üzrə iyulun 27-də, fizika və texnologiya üzrə iyulun 28-də, biologiya üzrə iyulun 30-da, fiziki tərbiyə üzrə iyulun 30-dan 31-dək, coğrafiya üzrə iyulun 31-də test imtahanları keçiriləcək.

Xəbər lenti