Xəzər Xəbər

Lənkəranda yeşik sexində qanunsuz əldə olunmuş meşə materialı aşkarlanıb

Cəmiyyət | 09:40 • 17 İyul 2018
Lənkəranda yeşik sexində qanunsuz əldə olunmuş meşə materialı aşkarlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması və satışı hallarının qarşısının alınması məqsədilə növbəti reyd keçirilib.


Nazirliyin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, reyd zamanı Lənkəran rayonu Təngivan kəndi ərazisində yeşik hazırlanan sexdə qanunsuz yolla əldə olunmuş 21,11 kubmetr həcmində fıstıq və qızılağac cinsli işlik meşə materialı aşkar edilib.


Faktla bağlı sexin sahibi Lənkəran rayon sakini Rüfət Əsgərov barəsində akt tərtib olunub və ona meşə fonduna dəyən 1769,21 manat məbləğində ziyan tətbiq edilib.


Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Baş Prokurorluğa göndərilib.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti