Xəzər Xəbər

Bu hadisələrin izləri xaricdə olan bəzi qruplara gedib çıxır - Mübariz Qurbanlı

Cəmiyyət | 11:37 • 16 İyul 2018
Bu hadisələrin izləri xaricdə olan bəzi qruplara gedib çıxır -

"Gəncə şəhərində törədilmiş terror aktı ilə əlaqədar istintaq davam etdirilir”.


Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. O bildirib ki, Gəncədə terror törədənlər din adı altında gizlənmiş radikal qruplardır: "Onların din adı altında gizlənməsinin səbəbi odur ki, din həssas mövzudur. Araşdıranda məlum olur ki, həmin insanlar dinə o qədər də bağlı deyil, həmin insanlar xarici qruplar tərəfindən ələ alınaraq istifadə edilir”.

M. Qurbanlı qeyd edib ki, bu hadisələrin arxasında hansı dairələrin dayandığı araşdırılır: "İlkin məlumatlar onu göstərir ki, bu qrupların izləri xaricdə olan bəzi qruplara gedib çıxır”.

Komitə sədrinin sözlərinə görə, Sumqayıtda da, digər yerlərdə də bu cür qruplar mövcuddur: "Bunun qarşısını almaq üçün hüquq-mühafizə orqanları tərəfindən profilaktik tədbirlər görülür. Hüquq-mühafizə orqanları tərəfindən Sumqayıtda aparılan işlər də həmin profilaktik tədbirlərin əsas istiqamətlərindən biridir. Bu işdə bütün cəmiyyətimiz bir aradadır, cəmiyyətimiz bu məsələdə dövlətçilik mövqeyi nümayiş etdirir və Gəncədə də əhali Azərbaycan dövlətinin, prezidentin yeritdiyi siyasəti birmənalı şəkildə müdafiə edir”.

M. Qurbanlı vurğulayıb ki, Azərbaycanda ictimai-siyasi sabitlik tam bərpa olunub.

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti