Xəzər Xəbər

Bu avtobusların hərəkət istiqaməti dəyişdirildi

Cəmiyyət | 15:43 • 15 İyul 2018
Bu avtobusların hərəkət istiqaməti dəyişdirildi

Cəlil Məmmədquluzadə küçəsinin müəyyən hissəsinin çökməsi ilə əlaqədar iki marşrut avtobusunun hərəkət istiqaməti dəyişdirilib.

Bu barədə XəzərXəbər-ə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Qurum rəsmisi qeyd edib ki, bunlar 52 və 33 nömrəli müntəzəm marşrutlarıdır:

"Avtobusların hərəkət istiqamətləri Səməd Vurğun və Abbasqulu ağa Bakıxanov küçələrindən təşkil edilib”.

Xəbər lenti