Xəzər Xəbər

Azərbaycan əhalisinin sayı açıqlandı

Cəmiyyət | 10:42 • 14 İyul 2018
Azərbaycan əhalisinin sayı açıqlandı

Azərbaycan əhalisinin sayı 10 milyona yaxınlaşır.

XəzərXəbər Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2018-ci ilin yanvar-may aylarında əhalinin sayı 31428 nəfər artıb.

Bununla da 2018-ci il iyun ayının 1-i vəziyyətinə əhalinin sayı 9 mln. 929,5 min nəfərə çatıb.

Hesabat dövründə bir kvadrat kilometrə düşən əhalinin sayı 115 nəfər olub. Əhalinin ümumi sayından 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.

Xəbər lenti