Son 5 il ərzində ölkədə ildə orta hesabla 163 min körpə və ya hər gün təxminən 445 uşaq dünyaya gəlib. XəzərXəbər Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalinin hər
1000 nəfərinə orta hesabla doğum səviyyəsi 2017-cı ildə 14,8 nəfər
təşkil edib.
Hazırda uşaq doğmaq qabiliyyətinə malik olan qadınların hər birinə bütün ömrü boyu orta hesabla 1,9 uşaq düşür.
Statistik
rəqəmlərə əsasən, əhalinin ümumi sayının 22,6 faizi 0-14 yaşda, 70,9
faizi 15-64 yaşda, 6,5 faizi isə 65 və yuxarı yaşda olanlardır. 14-29
yaşda olan gənclər ümumi əhalinin 26 faizini təşkil edir və onların
yarıdan çoxu şəhər yerlərində yaşayır.
Hazırda birinci nikaha
daxil olanlar orta yaşı kişilər arasında 27,6 yaş, qadınlar arasında isə
23,7 yaş təşkil edir. 2017-ci ildə rəsmi qeydə alınmamış nikahda olan
qadınlar tərəfindən doğulan uşaqların xüsusi çəkisi diri doğulanların
ümumi sayında 15,8 faiz təşkil edib.