Xəzər Xəbər

Həftəsonu səyahətə çıxanların nəzərinə

Cəmiyyət | 17:01 • 13 İyul 2018
Həftəsonu səyahətə çıxanların nəzərinə

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, Böyük və Kiçik Qafqazda əsasən axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu dağətəyi rayonlarda 29-34, dağlıq rayonlarda isə 23-28 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsinə üz tutanları günəşli hava şəraiti gözləyir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 31-36 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında günəşli hava şəraiti olacaq, qərb küləyinin ayrı-ayrı yerlərdə arabir güclənəcəyi gözlənilir. Havanın maksimal temperaturu 35-40 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da hava şəraitinin günəşli olacağı gözlənilir. Havanın maksimal temperaturu 35-40, bəzi yerlərdə 42 dərəcə isti təşkil edəcək.

Paytaxt qonaqlarının nəzərinə çatdırırıq ki, hava şəraiti günəşli olunacaq, şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın maksimal temperaturu 31-36 dərəcə isti təşkil edəcək.

Xəbər lenti