Qoç- günün ilk
yarısı xoş emosiyalar vəd edir. Yeni işgüzar layihəyə başlamaq
niyyətiniz varsa, tərəfdaş və şəriklərin sayını artırın. Faydalı
əlaqələri intensivləşdirin. Yeni tanışlardan birinin məsləhətindən
yararlanın.
Günün ikinci yarısında alış-verişdə bədxərclik etməyin. Büdcənizə uyğun
davranın. Faydalı və qeyri-adi nəsnəyə yiyələnə bilərsiniz. Yaşam
təcrübənizi, biliklərinizi artırın.
Axşam saatlarını ailə üzvlərinə həsr edin.
Buğa- ciddi iş planlaşdırmayın: bu gün işdəki
vəzifələrinizi unudub yeni təəssürat dalınca düşməyə meyllisiniz.
Məntiqlə sağlam düşüncə sizin hətta ötəri həvəslərinizə davam gətirmir.
Ciddi xərclər mümkündür.
Vədlərinizi unudaraq sizə güvənən insanı pis vəziyyətdə qoya bilərsiniz.
Bu səbəbdən ətrafdakılarla münasibətlərdə ciddi problemlər yarana
bilər, mübahisə və münaqişələr mümkündür. Axşama doğru səhhətiniz
pisləşə bilər. Yuxusuzluqdan əziyyət çəkə bilərsiniz.
Əkizlər- yeni gün uğur vəd edir. Kommersiya və
biznes işlərində ciddi irəliləyiş istəyirsinizsə, hər deyilənə qulaq
asmayın. Sərvaxt, huşyar olun. Faydalı əlaqələrin sayını artırın. Yeni
dostlar işlərinizdə yardımçı ola bilər.
Günün ikinci yarısında proseslərin fəal iştirakçısı olmayın. Donuq
müşahidəçiyə dönməyin. Zahirigörünüşünüzə fikir verin. Maraqlandığınız
şəxsin dediklərinə qulaq asın.
Axşam saatlarında normal istirahət etməyə çalışın.
Xərçəng- tapşırıqları və sifarişləri vaxtında
yerinə yetirin. Kollektiv fəaliyyətdə mümkün qədər irəliləməyə can atın.
Bilik və bacarıqlarınızı nümayiş etdirin.
Günün ikinci yarısında yeni tanışlıq istisna deyil. Əlaqələrlə
təmaslardan bəhrələnin. Dostlarınızla həmfikirlərin məsləhətlərini
qulaqardına vurmayın. Sayıq, ehtiyatlı olun.
Çətinliyə düşmüş tanışa yardıma tələsin.
Şir- cazibədarlığınız sayəsində çox şeyə nail
olursunuz. Ətrafınızdakılar sizinlə işləməyə həvəslənir, bunu
gizlətmirlər də. Siz isə kimi seçəcəyinizə qərar vermirsiniz. Həm
işgüzar, həm də şəxsi məsələləri həll etmək olar. Çox zaman idarə
olunduğunuzu anlamasanız da, düzgün qərarlar verir və düzgün
davranırsınız.
Ancaq problemlər də var. Bunlar, əsasən, sizin müəyyən həzzlərə can
atmağınız sayəsində yaranır, həvəsiniz güclü və təhlükəli ola bilər.
Qız- günün ilk yarısı yorucu, usandırıcı təsir
bağışlayabilər. Buna rəğmən, situasiyadan məhsuldar şəkildə yararlanın.
İmkanlarınızın və potensialınızın reallaşması üçün əlverişli şəraitdir.
Günün ikinci yarısında böyük layihəyə başlamaq olar. Məqsədə doğru
hərəkətdə orijinal taktikadan istifadə edin. Peşəkar fəaliyyət
müstəvisində istənilən innovasiya xeyirlidir.
Axşam saatlarında normal istirahət edin.
Tərəzi- fantaziyanıza güc versəniz, dolğun, maraqlı
və parlaq gün olacaq. Yaradıcı potensialınız yüksəkdir. Demək ki, nə
özünüz, nə ətrafınızdakılar darıxmağa imkan tapmayacaqlar. Üstəlik,
dostlarınız gözlənilmədən sizə baş çəkə bilərlər. Darıxdığınız
insanlarla görüşə bilərsiniz. Ola bilsin ki, bir vaxtlar ürəyinizə hakim
kəsilmiş insan da özü barədə xatırlatsın.
Vacib məlumat alırsınız, faktların üstü açılır, bunlara nəzərən düzgün
nəticələrə gələcəksiniz. Xoşunuza gəlməyən şeylərdən qaçmayın - bütün
sahələrdə reallığın üzünə baxmaq vacib və faydalıdır.
Əqrəb- əvvəlki günlərdən fərqli olaraq daha asudə
və sərbəst davrana bilərsiniz. Əhvalınız pis olmayacaq. Problemləri
nikbinliklə həll edin. Yaşam və ya fəaliyyət şəraitini dəyişmək olar.
Günün ikinci yarısında risk edin, amma avantüralara qatılmayın. Qərarınızı reallaşdırmağa başlayanda bütün şərtləri nəzərə alın.
Günün ikinci yarısı qəfil, romantik tanışlıq vəd edir. Köhnə dostlardan biri ilə görüşəcəksiniz.
Oxatan- cari problemləri unutmayın, onların həllini
təxirə salmayın. Maliyyə məsələlərində və şəxsi münasibətlərdə
yarımçıqlıq sindromuna qapılmayın. Vaxtınızı xoş keçirmək istəyiniz
fəaliyyətinizə mane olmamalıdır.
Günün ikinci yarısında bilik və bacarıqlarınızdan maksimum istifadə
edin. Epatajlı davranış modelini seçməyin. Parlaq imiciniz yeni faydalı
əlaqələr yaratmağa imkan verəcək.
Axşam saatlarında dost yardımı və ya məsləhət birmənalı olmayan situasiyanın çözülməsində dadınıza çatacaq.
Oğlaq- danışıqlar vasitəsilə istənilən problemi
həll etmək olar. Çalışdığınız kollektivdə effektiv əməkdaşlıq mühitinin
yaranmasında iştirak edin. Aldığınız məlumatları yoxlayın. Hər sözə
inanmayın.
Günün ikinci yarısında sizi narahat edən suallara cavablar tapa
biləcəksiniz. Gərəkli çevrələrdə lazımi əlaqələri bərpa edin. Vədləri
unutmayın, onları yerinə yetirin.
Axşam saatları harmonik söhbət və xoş anlar bəxş edəcək.
Dolça- günün ilk yarısı yaxşı başlayacaq. Nikbin
olun, kiçik problemlərə və maneələrə izafi fikir verməyin. Diqqətinizi
əsas məsələlərə yönəldin.
Günün ikinci yarısı yarımçıq işləri başa vurmaq üçün əlverişlidir. Yaxşı
tanımadığınız insanlarla ünsiyyətdə sözlərinizə fikir verin.
Hisslərinizi aşkar söyləməyin.
Təmkinli davranın.
Axşam saatlarında yeni tanışlıq, münasibətlərin aktivləşməsi istisna deyil.
Balıqlar- ağır zəhmətə, intensiv fəaliyyətə hazır
olun. Məişət qayğıları və problemlərin sayının artması əhavalınızın
pozulmasına, səhhətinizdə fəsadlar yaranmasına səbəb olmasın.
Ani hissələrə qapılaraq süstlük etməyin.
Günün ikinci yarısında nikbin davranın, yaxın ətrafınızdakı insanların
dediklərinə qulaq asın. Önəmli görüş, işgüzar müzakirə, yeni layihənin
başlanması üçün əlverişli zamandır.
Axşam saatlarında evə qonaq gələ bilər. Vaxtınızı şən və maraqlı keçirin.
milli.az