Xəzər Xəbər

Rəsədxanadan bu gün baş verən Günəş tutulmasının havaya təsiri ilə bağlı AÇIQLAMA

Cəmiyyət | 10:27 • 13 İyul 2018
Rəsədxanadan bu gün baş verən

AMEA Şamaxı Astrofizika Rəsədxanası bu gün baş verən Günəş tutulmasının havaya olan təsirini açıqlayıb.

Rəsədxananın elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov Trend-ə bildirib ki, Günəş, eləcə də Ay tutulmaları havanın temperaturunun dəyişməsinə və iqlimlə bağlı digər proseslərin baş verməsinə heç bir təsir göstərmir:

"Bu tutulmalar Günəş və Ayın hərəkəti ilə bağlı olan adi astronomik təbiət hadisələridir. İl ərzində bir necə dəfə Günəş və Ay tutulmaları baş verir. Bu il 3 Günəş tutulması baş verməli idi, onun ikisi artıq baş verib. Digər Günəş tutulması avqustun 11-də olacaq".

X.Mikayilov qeyd edib ki, Günəş və Ay tutulmalarının insan səhhəti üçün heç bir təhlükəsi olmur.

Direktor müavini əlavə edib ki, bu gün Bakı vaxtı ilə saat 05:48-də başlayan Günəş tutulması hadisəsi saat 08:13-də başa çatır.

Həmin təbiət hadisəsinin Azərbaycanda izlənilməsinin mümkün olmadığını deyən X.Mikayılov qeyd edib ki, bu təbiət hadisəsi Sakit və Hind okeanı hövzələrini, həmçinin Avstraliyanın cənub hissəsini və Antarktidanı əhatə edib.

Bu dəfəki tutulmanın çox qısa davam edəcəyini deyən X.Mikayılov əlavə edib ki, bu dəfə Günəşin üçdə bir hissəsi tutulacaq, üçdə iki hissəsi isə açıq olacaq: "Avqustun 11-nə təsadüf edəcək növbəti Günəş tutulması bütün Rusiya ərazisini əhatə etsə də, Azərbaycanda yenə də görünməyəcək".

X.Mikayılov qeyd edib ki, 2020-ci ilin iyun ayında, (həmin ildə Günəşin 45 faizi tutulacaq), 2022-ci ilin oktyabrında (Günəşin 70 faizi tutulacaq) 2027-ci ilin avqustunda (Günəşin 40 faizi tutulacaq), 2030-cu ilin iyununda (Günəşin 76 faizi tutulacaq) gözlənilən Günəş tutulmalarını Azərbaycandan izləmək mümkün olacaq.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
546 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti