Xəzər Xəbər

Bakı-Quba yolunda təmir işləri aparılır

Cəmiyyət | 12:02 • 9 İyul 2018
Bakı-Quba yolunda təmir işləri aparılır

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 12-52-ci kilometrlik hissəsində yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin sökülməsi işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən XəzərXəbər-ə bildirilib ki, işlərin axşam saatlarınadək davam etdirilməsi nəzərdə tutulub.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Xəbər lenti