Qoç- Bir çox
problemlərin həllinə başlaya bilərsiniz. Daxili energetikanız sizə ən
çətin müşkülləri çözməyə imkan verəcək. Təcrübəli, bilikli insanların
məsləhətlərini qulaqardına vurmayın. Maraqlı həmsöhbətlə
qarşılaşacaqsınız.
Günün ikinci yarısında mövcud çətinliklərin aradan qaldırılması üçün
alternativ yollar arayın. Axşam saatları romantik ünsiyyət üçün
əlverişlidir.
Fəqət, hisslərin köləsinə çevrilməyin.
Buğa- Rəsmiyyətə qapılmayın. Stereotipləri yaşam
tərzinə çevirməyin. Həyatınızı yaşayın. Yeni imkanlara doğru qorxu, xof
və təlaş olmadan addımlayın. İmicin yenilənməsi şəxsiyyətinizin daha
uğurlu izharına imkan verəcək.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanların rəğbətini qazanmaq
üçün konkret addımlar atın. Yararlanmadığınız imkanlarınızdan, "yatmış"
potensialınızdan istifadə edin. Əzmkar olun. Fəaliyyət sahəsini dəyişə
bilərsiniz.
Macəra arayın. Bir sözlə - tənbəllik etməyin.
Əkizlər- İşlərə yaradıcı yanaşma irəliləyişin
başlıca şərtidir. Fəaliyyət prosesindəki müxtəlif eksperimentlər təbii
təkan rolunu oynayacaq. Qəfil sonuclar və gözlənilməz nəticələr sizi
çaşdırmasın, ruhdan salmasın.
Bədbinləşməyin, süstləşməyin.
Günün ikinci yarısında mövqelərinizi bir daha yoxlayın. Planlarınızı
təftiş edin. Şəxsi münasibətlərdə harmoniya yaradın. Sevdiyiniz insanla
təmaslarda qarşılıqlı anlaşma, sayğı və məhəbbət ən önəmli nüanslardır.
Xərçəng- Hadisələrin intensiv, perspektivlərin
yaxşı olduğu zamandır. Qarşınıza qoyduğunuz məqsədlərə çatmaq üçün
nəzərdə tutduğunuzdan daha artıq qüvvə və resurs sərf etməyə
hazırlaşın.
Tərəqqi, inkişaf istəyirsinizsə, diqqətli davranın. Detallara fikir verin.
Günün ikinci yarısında təfərrüatların önəmi artacaq. Optimallaşdırma və
modernləşdirmə ilə məşğul olmaq olar. Maliyyə baxımından vəziyyət pis
deyil.
Axşam saatlarında yaxın ətrafınızdakı insanlarla fikir ayrılıqlarını təmkinlə aradan qaldırın.
Şir- Ümumən pozitiv zamandır. İşdə və
münasibətlərdə ən yaxşı keyfiyyətlərinizi, üstün məziyyətlərinizi
nümayiş etdirin. Yaradıcılıqla məşğulsunuzsa, ilin ən əlverişli
günlərindən biridir.
Xarici görkəminizə fikir verin.
Günün ikinci yarısında alış-verişdə trivial olmayan nəsnə, məhsul ala bilərsiniz. Parlaq, statuslu imic qazanın.
Yaxınlarınıza problemlər, başağrısı bəxş etməyin. Onların qayğısına qalın.
Axşam saatlarında stressdən qurtulmaq üçün sınanmış vasitələrdən istifadə edin.
Qız- Maliyyə, karyera və işlə bağlı məsələlərdə
gərginlik yaranacaq. Bələd olduğunuzu düşündüyünüz situasiyanın yeni
təfərrüatları üzə çıxacaq. Risklərdən çəkinməyərək hüququnuzu müdafiə
edin. Yaramaz, yaltaq, qorxaq insanın hiylə və məkrini işə salaraq sizi
üstələməsinə qətiyyən yol verməyin.
Günün ikinci yarısında ilk baxışdan müşkül təsir bağışlayan problemin
həllinə yaradıcı yanaşın. Vərdiş etdiyiniz metodları hələlik unudun,
yeni yollar arayın.
Axşam saatlarını sevdiyiniz insana həsr edin.
Tərəzi- Zamanla ayaqlaşın. Situasiyanın
dinamikliyindən yararlanaraq fəal olun. Özünüzə qapılmayın, tərki-dünya
insan təsiri bağışlamayın. Arzuladığınız əşyanı almağa, xəyallarınızdakı
məqsədə çatmağa çalışın. Siz kimsədən zəif və ya əskik deyilsiniz.
Günün ikinci yarısında bədgüman davranmayın. Rəqabətin sərtləşməsi
sizdən təcrübə və bilikərin artırılması, informasiya bazasının
genişləndirilməsini tələb edir.
Yaxınlarınızdan birini hədiyyə ilə sevindirin.
Əqrəb- Yeni, təcili işlərdən, fövqalədə
tapşırıqlardan qorxmayın. İntensiv fəaliyyət tempi sizə problemlərin
öhdəsindən daha tez gəlməyə imkan verəcək. Bütün çətinliklər
müvəqqətidir. Ruhdan düşməyin.
Günün ikinci yarısında məqsədə aparan yoldan sapmayın. Hər məsləhətə
qulaq asmayın. Sayıq olun, təklifləri real dəyərləndirin. İşləməklə
yanaşı, prosesdən məmnun qalın.
Köhnə dostlardan və ya tanışlardan birinin qayğıya, diqqətə ehtiyacı var.
Qohumlara baş çəkməyə vaxt tapın.
Oxatan- Kənar təsirlər altına düşməyin. Aktual
məsələlərin çözülməsində süstlük etməyin. Aktiv davranın ki, rəqiblər
sizi üstələməsinlər. Cəsarətli olun, dürüst taktika seçin.
Günün ikinci yarısında yaxın gələcəklə bağlı strategiyanı
müəyyənləşdirin. Riskin səviyyəsini artırmayın. Təcrübəli və
bilikliolmadığınız sahələrdə də uğur əldə edə bilərsiniz.
Yaradıcılıq təşəbbüsləri üçün yaxşı zamandır.
Axşam saatlarında normal istirahət edin.
Oğlaq- Günün ilk yarısı müsbət emosiyalar və
hisslər bəxş edəcək. Tapşırıqlar və sifarişlərin öhdəsindən gəlmək üçün
yaxşı əhval, nikbinlik xüsusi əhəmiyyət kəsb edir. Şərtləri nəzərə alın,
problemlərin uğurlu həlli üçün ənənəvi üsullarla metodların
çərçivələrindən kənara çıxın.
Günün ikinci yarısında fantaziyanızı işə salın. Texnika və avadanlıqla davranışda ehtiyatlı olun.
Axşam saatları sevdiyiniz insanlarla mehriban ünsiyyət vəd edir.
Dolça- Peşəkar fəaliyyət sahənizdə inkişaf,
irəliləyiş üçün yaxşı imkanlar yaranıb. Şansları dəyərləndirin. Sayıq
olun, ən müxtəlif variantları nəzərdən keçirin. Mübahisəli məqamlarda
obyektiv olmağa çalışın.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla səmimi, qayğıkeş
olun. Məsləhətləri qulaqardına vurmayın. İnandığınız insanla yeni
layihəyə başlamaq olar.
Situasiyaya uyğun hərəkət edin. Bu və digər məsələnin həlli üçün duruma uyğun vasitələr seçin.
Balıqlar- Risk və avantüralarüçün yaxşı gündür.
Yaradıcılıqla məşğul olursunuzsa, yeni variantları sınaqdan keçirin.
Daha qətiyyətli, iradəli olun. Məqsəd və istəkləriniz barədə açıq
danışın.
Günün ikinci yarısında hədəfə doğru sürətlə irəliləyin. Belə taktika
peşəkar fəaliyyətlə yanaşı, şəxsi münasibətlərdə də effektiv olacaq.
Pullarınızı etibarlı yerə yatırın. Maliyyə vəsaitinizlə risk etməyin.
Milli.Az