Qoç- İntuisiyanızın
səsinə qulaq asın. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün aktiv olun.
Əvvəllər əldə etdiyiniz təcrübədən yararlana bilərsiniz. Yaradıcılıq
üçün əlverişli zamandır.
Günün ikinci yarısında ən ağır problemi, müşkül məsələni üzbəüz
söhbətdə sözmək olar. Kiçik planlaşdırmadan yan qaçmayın. Təmir, yaşam
arealının rekonstruksiyası üçün münasib zamandır.
Axşam saatlarında evdən çox uzağa getməyin.
Buğa- Günün ilk yarısında yaranan kiçik çətinliklər
və problemlər əhvalınızı poza bilər. Hansısa əşyaları unutmaq, itirmək
riski var. Görüşməli olduğunuz insanlar gecikirlər. Sənədlərin
qeydiyyatında çətinliklər yaranır. Baş verənlər sizi sinirləndirməsin.
Belə hadisələr yaşamınızda önəmli rol oynamayacaq.
Yaxınlarınız sizi sevindirməyə çalışırlar. Onlardan sürpriz istisna
deyil. Maraqlı tanışlıq ola bilər. Axşam saatlarında tədbirə və ya
məclisə dəvət ala bilərsiniz.
Əkizlər- Dəyişən şərtlərə və fərqli nüanslar kəsb
edən situasiyaya alışmağa çalışın. Uyğunlaşmaya zərurət var. Amma
saxtakarlıq etməyin, maskalı insan təsiri bağışlamayın. Peşəkar
fəaliyyətlə yanaşı, şəxsi münasibətlərdə praqmat davranın.
Hisslərin əsiri olmayın.
Günün ikinci yarısında yaxınlarınızın və ailə üzvlərinin dəstəyi ilə istənilən maneəni keçə bilərsiniz. Hücumları dəf edin.
Biznesdə ehtimallara bel bağlamayın. Səbrli olun.
Xərçəng- Adi günlərdən fərqli olaraq bu gün yaxşı
tanımadığınız insanlara inana bilərsiniz. Xəyallara qapılmayın, namərdin
şirin dilinə iannmayın. Bütün qüvvə və potensialınızı irreal məsələləri
həll etmək cəhdlərinə tükətməyin.
Günün ikinci yarısında hədəfə çatmaq üçün imkanlarınızdan yararlanaraq
optimal variantı seçin. Belədə inkişafın yeni səviyyəsinə nail
olacaqsınız. Mühüm işlərin görülməsini təxirə salmayın. Yaxınlarınızdan
birinin köməyinizə, yardımlarınıza ehtiyacı var. Ona arxa olun, dəstək
verin.
Şir- Risk etmək olar. Avantüralara qapılmadan bütün
variantları dəyərləndirsəniz, problemin asan, hətta ilk baxışdan
primitiv yolunu görə bilərsiniz. Ağır fiziki işdən çəkinməyin. Emosional
olmayın.
Günün ikinci yarısı maliyyə və əmlakla bağlı nüansların çözülməsi üçün
əlverişlidir. Müzakirələrdə əlavə təminat istəyin. Etibarsız insanlara
inanmayın.
Şəxsi münasibətlərdə sirlərin faş olması təmaslara sərinlik gətirə bilər.
Şayiələri həqiqət saymayın.
Qız- Gün narahatlıq, əndişə və həyəcan vəd edir.
Amma ümumiyyətlə, hər şey pis deyil. Peşəkar fəaliyyət sahəsində yeni
işlərə və layihələrə başlamaq olar. Qeyri-standart fəaliyyət
variasiyaları uğura nail olmağınızı şərtləndirəcək. Hansısa məclis və ya
toplantıda qarşılaşdığınız insandan indi qəfil işgüzar təklif
alacaqsınız. Ailə üzvlərindən birinin problemini həll edin.
Rəğbət bəslədiyiniz insanla günün ikinci yarısında səmimi danışmaq imkanı yaranacaq.
Biznesə başlamaq, indiki rutin, bezdirici, az gəlirli işdən qurtulmaq istəmirsiniz?!
Tərəzi- İdeya və təkliflərin heç də hamısını geniş
müzakirəyə çıxarmağa dəyməz. Çalışdığınız kollektivdəki ab-hava xüsusi
önəm kəsb edir. Həmkarlarınızla münasibətləri normallaşdırın.
Rəhbərliklə kəskin mübahisə etməyin.
Günün ikinci yarısında fərdi arealınıza kənar müdaxilələrə imkan
verməyin. Dəyər verdiyiniz insanların maraqlarını nəzərə alın. Təcrübəli
insanın məsləhətlərindən yararlansanız, daha sürətli irəliləyişə nail
olacaqsınız.
Axşam saatlarında əylənin.
Əqrəb- Günün ilk yarısı ən mürəkkəb problemlərin
həllində uğur vəd edir. Dürüst qərarlar qəbul etmək üçün yaşam
təcrübənizdən, peşəkar məcazlarınızdan yararlanın. Yeni layihəyə
başlamaq üçün əlverişli zamandır.
Çoxdan planlaşdırdığınız müzakirələrə günün ikinci yarısında başlayın.
Köhnələn, aktuallığını itirən münasibətləri bərpa etmək şansları var.
Yaxın ətrafınızdakı insanların fikirlərinə laqeyd yanaşmayın.
Oxatan- Ciddi münasibət və diqqət tələb edən işlərə
laqeyd yanaşmayın. Təyin edilmiş görüş, planlaşdırılmış işi unutmayın.
Kiçik maliyyə itkiləri, uğursuz alış-veriş istisna deyil. İşdə rəhbərlik
sizə həlim yanaşdığı üçün xüsusi problemlər yaranmayacaq.
Yaxınlarınızla münaqişə etməyin. Onların tənqidlərinə və birmənalı olmayan iradlarına aqressiv reaksiya verməyin.
Umu-küsü üçün heç bir səbəb yoxdur.
Oğlaq- İnsan psixologiyasının nüanslarını anlamağa
çalışın. Gərəkli insanla münasibətləri aktivləşdirin. Peşəkar fəaliyyət
və yaradıcılıq müstəvisində sizi yeni üfüqlər gözləyir.
Günün ikinci yarısında biznes və kommersiya işlərində xüsusilə diqqətli
davranın. Maraqlandığınız insanla təmasları aktivləşdirin. Onun
hisslərindən xəbər tutsanız, lap yaxşı olar.
Laqeyd, təkəbbürlü insan təsiri bağışlamayın.
Axşam saatlarını ailənizə həsr edin.
Dolça- Günün emosional fonu əlverişli deyil.
Sakitliyə riayət etmək, çətin vəziyyətlərdə soyuqqanlı qalmaq çətindir.
Belə situasiyalar az olmayacaq. Təmkinli davranın. İşdə həmkarlar və
rəhbərliklə fikir ayrılıqları münaqişəyə, qarşılıqlı iradlar
mübadiləsinə, işə heç bir dəxli olmayan söhbətlərə çevrilməsin.
Həmkarlarınızla münasibətlərdə diqqətli və sayıq olun.
Günün ikinci yarısında maliyyə məsələlərində ehtiyatlı olun. Qənaətcil davranın, gərəksiz əşyalara pul xərcləməyin.
Axşam saatlarında normal istirahət edin.
Balıqlar- Yeni layihələrə başlamaq üçün əlverişli
zamandır. Tapşırıqları vaxtında yerinə yetirin. Səhhətinizə fikir verin.
Qətiyyətli və iradəli davranış indiyədək uğursuzluqla qarşılaşdığınız
sahələrdə irəliləyişlərə imkan verəcək.
Günün ikinci yarısında maliyyə və əmlakla bağlı problemlərin həllində təmkinqli davranın.
Axşam saatlarında sevdiyiniz insanla təmaslarda spontanlıq, ekspromt, improvizələrə ehtiyac var.
Milli.Az