Xəzər Xəbər

Valideynlərin diqqətinə: Saqqız udmaq ölümə səbəb olur

Cəmiyyət | 16:49 • 5 İyul 2018
Valideynlərin diqqətinə:

Saqqız udmaq orqanizmdə bir çox problemlərə səbəb olur. Xüsusən də azyaşlı uşaqlar saqqız udmağa daha meylli olurlar.

Saqqız udmağın fəsadları barədə oxucularını məlumatlandırırıq.

Həzmi çox çətindir

Udulan saqqız mədədə yemək və qida kimi asanlıqla həzm edilmir. Saqqızın həzm olması çox çətindir.

İstifadə edilən maddə

Saqqız hazırlananda kauçuk maddəsindən istifadə edilir. Butil adlı bu sintetik maddədən basketbol topunun hazırlanmasında da istifadə edilir.

Saqqızın az bir hissəsi

Udulan saqqız qida borusu vasitəsilə top şəklində düşür. Mədə turşusu da saqqızın sadəcə bir qismini əridə bilir. Parçalanmayan və əriməyən hissə isə bağırsaqlar vasitəsilə vücuddan çölə ifraz olunur.

Diqqətli olun

Həzm sistemi saqqızın sadəcə bir hissəsini əridir. Qalan hissə isə orqanizmdən ifraz olunur. Bununla belə, diqqətli olmaq lazımdır. Çünki udulan saqqız nəfəs borusunu tuta bilər və insan boğularaq ölə bilər./Ölkə.Az

Xəbər lenti