Xəzər Xəbər

32 nömrəli marşrutun daşıyıcısı dəyişdirildi

Cəmiyyət | 15:38 • 5 İyul 2018
32 nömrəli marşrutun daşıyıcısı dəyişdirildi
32 nömrəli (Səməd Vurğun bağı – Cəmşid Naxçıvanski küçəsi) müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidmətini yerinə yetirən daşıyıcı dəyişdirilib.


Bakı Nəqliyyat Agentliyindən (BNA) XəzərXəbər-ə verilən məlumata görə, hazırda marşrutun müvəqqəti istismarını həyata keçirən daşıyıcının sərnişindaşıma qaydalarına əməl etməməsi marşrutun fəaliyyətində müəyyən çətinliklər yaradıb və vətəndaşların haqlı narazılıqlarına səbəb olub.


Məsələ ilə bağlı dəfələrlə daşıyıcıya yazılı və şifahi qaydada avtobusların sərnişin tələbatına uyğun nizamlanması, xəttə əlavə avtobusların cəlb edilməsi, eyni zamanda Agentliyin və müvafiq qanunvericiliyin tələblərinə uyğun fəaliyyətinin təmin edilməsi tapşırılsa da, hər hansı bir təsirli tədbir görülməyib. Son vaxtlar marşrutun fəaliyyəti ilə bağlı Bakı Nəqliyyat Agentliyinin 141 Çağrı mərkəzinə də vətəndaşlar tərəfindən çoxsaylı şikayətlər daxil olurdu.

Dəyişikliyə əsasən marşrut xətti üzrə sərnişindaşıma xidməti balansında sərnişin tələbatına uyğun və saz vəziyyətdə olan nəqliyyat vasitələrinə malik daşıyıcı tərəfindən həyata keçiriləcək.

Məcburi köçkünlər üçün salınmış "Qobu Park” yaşayış kompleksi sakinlərinin ictimai nəqliyyatdan istifadəsini asanlaşdırmaq məqsədi ilə 140 nömrəli müntəzəm marşrut xəttinin hərəkət sxemində dəyişiklik edilib. Belə ki, yeni hərəkət sxeminə əsasən bu xətt üzrə avtobuslar Lökbatan Nəqliyyat Mübadilə Mərkəzindən - "Qobu Park” yaşayış kompleksinə hərəkət edəcək.

Qeyd edək ki, hazırda 140 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar test rejimində yenilənmiş qrafiklə hərəkət edir.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
502 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti