Xəzər Xəbər

Səhiyyə Nazirliyi: Körpə ölümləri ilə bağlı məlumatlar həqiqəti əks etdirmir

Cəmiyyət | 15:33 • 3 İyul 2018
Səhiyyə Nazirliyi: Körpə ölümləri ilə bağlı məlumatlar həqiqəti əks etdirmir

Səhiyyə Nazirliyi gecə saatlarında elektrik enerjisinin verilişində yaranmış məhdudiyyətlər səbəbindən xəstəxanalarda körpələrin ölümü barədə sosial şəbəkələrdə yayılmış məlumatlara münasibət bildirib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova APA-nın sorğusuna cavab olaraq bildirib ki, körpə ölümləri ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Onun sözlərinə görə, gecə saatlarında elektrik enerjisinin verilişi dayandıqda, tibb müəssisələrində generatorlar avtomatik işə düşüb və həmin saatlarda xəstəxanalarda yüzlərlə əməliyyat icra olunub.

S. Əhmədova qeyd edib ki, elektrik enerjisinin verilişində yaranmış məhdudiyyətlər səbəbindən xəstəxanalarda hər hansı ölüm faktı qeydə alınmayıb: "Körpələrin ölümünü necə gizlətmək olar? Belə bir fakt qeydə alınmayıb”.

Qeyd edək ki, gecə saatlarında Mingəçevir İstilik Elektrik Stansiyasının (İES) 6-cı blokunda yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub. 6-cı blokda və yarımstansiyada baş verən yanğın söndürülüb.

Rubrikanın digər xəbərləri

Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə
Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə CİNAYƏT İŞİ AÇILDI
10:49 • 26 Aprel 2024
Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39 • 26 Aprel 2024
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00 • 26 Aprel 2024
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024

Xəbər lenti