Xəzər Xəbər

DİQQƏT: Temperatur aşağı düşəcək - ETSN

Cəmiyyət | 12:28 • 3 İyul 2018
DİQQƏT:

İyulun 5-dən etibarən ölkə ərazisində hava şəraitinin nisbətən sərinləşəcəyi gözlənilir. Ötən günlərlə müqayisədə hərarətin 4-6 dərəcə enəcəyi proqnozlaşdırılır.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

G.Məmmədova respublika ərazisində mülayim şimal küləyinin əsəcəyini də diqqətə çatdırıb.

Xəbər lenti