Xəzər Xəbər

İş adamları bu qaydanı pozsalar, 2 min cəriməsi var

Cəmiyyət | 13:27 • 2 İyul 2018
İş adamları bu qaydanı pozsalar, 2 min cəriməsi var

Dünən Bakıda vəAbşeron yarımadasında 120 il ərzində rekord temperatur göstəricisinin qeydə alınması insanlar arasındatəşviş yaradıb.

XəzərXəbər qafqazinfo-ya istinadənxəbər verir ki, temperaturun 44 dərəcəyə qalxmasıev şəraitində belə insanları narahat edib və onların vəziyyətinin pisləşməsinə səbəb olub.

Yaxın günlərdə də temperaturun bu həddə olacağı ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyin Milli Hidrometeorologiya Departamentinin Milli Proqnozlar Bürosu məlumat yayıb. Bildirilir ki, iyulun 3-dən 4-nə kimi də kəskin istilər müşahidə ediləcək.

Bəs isti havalarda işəgötürənlərin nələrə əməl etməsi məsələsi qanunvericilikdə necə əks olunub?

"Qafqazinfo" bir daha xatırladır ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən havanın temperaturu + 41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır.

Qeyd olunan hallarda işçilərə sərinləmək üçün imkan yaradılmalı, onlara fasilələr verilməli, fasilənin sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən olunmalıdır.

Həmçinin, Məcəlləyə əsasən, iş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməli, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməlidir.

Əgər işəgötürənlər tərəfindən Məcəllənin 233-cü maddəsinin tələbinə əməl edilməzsə və Dövlət Əmək Müfəttişliyinə şikayət daxil olarsa, qurum qanunauyğun olaraq ölçü götürür. Belə ki, həmin şəxsləri İnzibati Xətalar Məcəlləsinin tələbinə əsasən 1000 manatdan 2000 manata qədər cərimə gözləyir.

Xəbər lenti