Xəzər Xəbər

Evdən çölə çıxmayın - sabah günəş altında uzun müddət qalmaq risklidir

Cəmiyyət | 14:14 • 30 İyun 2018
Evdən çölə çıxmayın -

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti günəşli olacaq. Səhər bəzi yerlərdə zəif duman müşahidə ediləcək.

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Abşeron yarımadasında gecə 23-27° isti, gündüz 37-41° isti, Bakıda gecə 25-27° isti, gündüz 38-40° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 50-60 %, gündüz 20-30 % olacaq.

Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu 27-28° isti təşkil edəcək.

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu 28-29° isti təşkil edəcək.

Abşeron çimərliklərində davam edən anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında 1100-1700-dək günəş şüalarının birbaşa təsiri altında uzun müddət olmaq risklidir.

İyulun 2-dək Bakıda və Abşeron yarımadasında anomal isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 37-41° isti olacağı gözlənilir.

İyulun 2-dək Abşeron yarımadasında anomal isti və durğun hava şəraitinin davam edəcəyi gözlənilir ki, bu da əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün risklidir. Gündüz saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyil.

Rayonlarda hava yağmursuz olacaq. Səhər bəzi yerlərdə zəif duman müşahidə ediləcək. Şərq küləyi əsəcək. Gecə 21-26° isti, gündüz 38-43° isti, dağlarda gecə 17-22° isti, gündüz 26-31° isti təşkil edəcək.

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
523 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti