Xəzər Xəbər

`Buku Bus` gecikmələrlə işləyəcək XƏBƏRDARLIQ!

Cəmiyyət | 10:58 • 29 İyun 2018
`Buku Bus` gecikmələrlə işləyəcək

"BakuBus” MMC Bakıda bəzi marşrut avtobusların qrafikində qeydə alınan ləngimələrlə bağlı məlumat yayıb.

"BakuBus"un mətbuat katibi Qabil Babayevin verdiyi məlumata görə, paytaxtda 2, 6, 13 və 14 nömrəli marşrut xəttləri üzrə hərəkət edən "BakuBus” MMC-yə məxsus avtobusların qrafik üzrə hərəkətində ləngimələr qeydə alınmaqdadır.

Onun sözlərinə görə, bu, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-11-ci kilometrlik hissəsində (Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsi) təmir işlərinin aparılması ilə əlaqədardır.

Xəbər lenti